"Vahid dərman reseptinin tətbiq edilməsi vacibdir"
10:43 30.01.2018
Arxiv
756
"Dərmanların resept blankları ilə əlaqədar ayrı-ayrı firmaların, klinikaların öz reseptləri var”.
Bu sözləri "Sherg.az”a "Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”ndan danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib.
O diqqətə çatdırıb ki, bu sahədə vahid forma tətbiq edilməsi vacibdir:
"Çünki dərman vasitələrinin qeydiyyata alınmasında bu formalardan istifadə edilir. İcbari tibbi sığorta hələlik yoxdur, xəstə dərmanı özü aldığına görə, reseptlərin vahid forması önəmli olmur. Dövlət təminatı olarsa, dərmanlar icbari tibbi sığorta tərəfindən insanlara veriləcəyi zaman mütləq vahid resept blankı olmalıdır.
Həmin reseptə düzəlişlər olmaz, çünki statistika dəqiq həyata keçirilməlidir. Dərmanların hər bir avadanlığı, istifadə olunan sərfiyyat materialının konkret hesabı olmalıdır. Bunlar maliyyəyə bağlı məsələlərdir”.
Qeyd edək ki, qaydalara əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır. Dərman vasitələrinə reseptlər "Resept blankı forması” və "Ödənişsiz resept blankı forması”nda, optik ləvazimatlara isə "Optik ləvazimatlara resept blankı forması”nda yazılır.
Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya