Valilik: "Ankara və Bakı burda konsulluq açsın"



Güney Azərbaycanın Ərdəbil əyalətinin rəhbərliyi şəhərdə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyir.

Axar.az xəbər verir ki, bu barədə Ərdəbil valisinin iqtisadi məsələlər üzrə müavini Bəhmən Hüseynzadə İran Xarici İşlər Nazirliyinin Ərdəbildəki nümayəndəliyinə baxış keçirərkən məlumat verib.

"Biz əyalətdə istehsal olunan yerli məhsulları ixrac etmək və bölgəyə sərmayə cəlb etmək prosesini sadələşdirmək məqsədi ilə Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyirik və bu istiqamətdə müəyyən addımlar atılıb. Azərbaycan tərəfi bunu müsbət qarşılayıb”.