Vaşinqton Ankaranı hərbi əməliyyatlardan daşındırır
08:37 23.01.2019
Arxiv
478
Amma əvəzində Türkiyənin təhlükəsizliyi barədə tutarlı arqument ortaya qoya bilmir
ABŞ və Türkiyənin YPG və PYD məsələsində anlaşacağı gözlənilməsə də, tərəflərin qarşıdurması fəal toqquşmaya yol açmayacaq”.
Bunu "Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Yaxın Şərqdə cərəyan edən prosesləri və Vaşinqton-Ankara münasibətlərini dəyərləndirən politoloq bildirib ki, Amerika ilə Türkiyə rəsmiləri arasında YPG-nin Menbiç və Fəratın şərqindən geri çəkilməsi, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı barədə konfidensial danışıqlar aparılır:
"Tramp və Ərdoğanın telefon diplomatiyasından sonra ümumi razılaşma və ortaq xəttin müəyyən olunması üçün xarici işlər nazirləri - Pompeo və Çavuşoğlu arasında danışıqlar davam etdirilir. Vaşinqton danışıqlarda Türkiyənin hərbi əməliyyatdan daşınmasında israr edir. Amma əvəzində Türkiyənin təhlükəsizliyi barədə tutarlı arqument ortaya qoya bilmir. Ağ Ev çalışır ki, Türkiyə Astana formatından çıxarılsın, Rusiya və İranla birgə kordinasiyaya son versin. Əvəzində isə YPG-yə dəstəyini dayandıracağını vurğulayır. Amma Vaşinqton öz siyasətində səmimi olmadığı üçün Ankara Moskva və Tehranla münasibətləri pozacaq mərhələyə gəlməyəcək”.
Analitikə görə, hələlik ABŞ-Türkiyə arasında çox ciddi, gərgin danışıqlar hökm sürür:
"Amerika Ankaranın müstəqil və dönməz siyasətinə qəzəblidir. Ona görə də YPG-dən əl çəkməməklə, terror təşkilatını gücləndirməklə, Türkiyəyə qarşı kart olaraq istifadə etməyi planlayır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm