Vərəmli xəstələrini savadlı həkimlər daha yaxşı müalicə edir
08:00 01.02.2018
Arxiv
773
“Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Bu baxımdan Qənirə xanımla razıyam”
Parlamentin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva Azərbaycanda rəsmi qeydiyyata alınmayan vərəm xəstələrini müalicə edən həkimlərin cəzalandırılmasını təklif edir.
Millət vəkilinin sözlərinə görə, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz aparılmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır. O bildirib ki, vərəmlə bağlı maarifləndirmə işlərinin genişləndirilməsi çox vacibdir:
"Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”.
Ölkəmizdəki dispanserlərdə vərəm xəstələri üçün yetərli dərmanların olmadığını deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, xəstələr üçün yalnız müəyyən tabletkalar var. Belə olan halda isə vərəmli xəstələrin sağalması çətinləşir: "Vərəmin tolerant formaları üçün lazım olan "DOTS” və "DOTS plyus” proqramları var. Bunlar Ümumdünya Səhiyyə Təşkilatının proqramlarıdır və proqramlar üçün lazım olan dərmanların hamısı dispanserlərdə tapılmır. Müasir və yüksək keyfiyyətli, yəni xarici ölkələrdə tanınmış firmaların istehsalı olan rifampisinlər ölkədə yoxdur. Bundan başqa, "DOTS plyus” proqramı ilə, yəni vərəmin tolerant formasına qarşı lazım olan dərman preparatları mövcud deyil. Belə olan halda vərəmli xəstəni necə sağaldırlar?
Bəzən olur ki, vərəmli xəstələri savadlı həkimlər daha yaxşı müalicə edir. Xəstəxanaların təchizatına diqqət eləmək və bunu bir proqram şəklinə salmaq lazımdır. Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. Bu baxımdan Qənirə xanımla razıyam. Amma ölkədə vərəm xəstələrinin müalicəsi üçün lazımlı şərait və imkanlar varmı? Bu məsələyə tam və asanlıqla cavab vermək mümkün deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm