Vilayət Eyvazov Yaponiyanın Azərbaycandakı səfirini qəbul edib
15:28 23.10.2020
Arxiv
449
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 23-də Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan nazir yeni təyinatı münasibətilə onu təbrik edib və dəyərli fəaliyyətində uğurlar arzulayıb. Nazir yeni səfirin öz fəaliyyəti ilə Azərbaycanla Yaponiya arasındakı əlaqələrə böyük töhfələr verəcəyini və bundan sonra da iki dövlətin qarşılıqlı, faydalı əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Tanışlıq xarakteri daşıyan görüşdə səfirə Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri, eləcə də ölkədəki kriminogen durum barədə qısa məlumat verilib və tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib.
Səmimi qəbula və təbrikə görə general-polkovnik Vilayət Eyvazova minnətdarlığını bildirən səfir Cuniçi Vada Azərbaycandakı diplomatik fəaliyyəti dövründə dövlətlərimiz və xalqlarımız arasındakı yüksək səviyyəli əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region