"Qonşu ölkədə belə bir virus yayılıbsa, onun Azərbaycanda yayılma riski də çox yüksəkdir"
Virus əsasən nəfəs yolunu zədələyir
08:08 14.02.2019
Arxiv
2141
"Koksaki" insanda meningitlik də yarada bilir
"Qonşu ölkədə belə bir virus yayılıbsa, onun Azərbaycanda yayılma riski də çox yüksəkdir"
"Qonşu ölkədə belə bir virus yayılıbsa, onun Azərbaycanda yayılma riski də çox yüksəkdir"
Sosial şəbəkələrdə azyaşlılar arasında koksaki adlı virusun yayılması barədə xəbərlər gündəm olub. Xəstəlik ilkin olaraq qrip kimi başlayır. Qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər, əsasən, ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpkilərə görə su çiçəyinə bənzəyən bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.
Səhiyyə Nazirliyi Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda "koksaki" virusunun yayılması barədə məlumatlar düzgün deyil.
Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı "koksaki" virusuna yoluxma halı aşkarlanmayıb. Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.
Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir.
Qeyd edək ki, bu virus, adətən, hər hansı müdaxilə olmadan 7-10 günə keçir. Lakin xüsusilə uşaqlarda letal sonluqla nəticələnən hallara da rast gəlinir.
Koksaki virusu mədə-bağırsaq yolunda çoxalan enteroviruslardan ibarət RNT serotipləridir. Virus aseptik meningitin meydana gəlməsinin əsas səbəblərindən hesab olunur. Manifestli və ya inapparant infeksiyanın başa çatmasından sonra möhkəm tipospesifik immunitet formalaşır.
İnsanlar daha çox koksaki virusuna çirkli məhsullardan, məişət əşyalarından və sudan yoluxur. Habelə infeksiya hava-damcı yolu ilə də virus daşıyıcısından sağlam insana ötürülə bilir.
Ona görə də bu virusa təkcə yoxsul ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş ölkələrdə də rast gəlinə bilər. Xəstəliyə ən həssas təbəqə yaşı 10-a qədər olan uşaqlardır. Böyüklər nadir hallarda bu virusla xəstələnir.
Tibb elmləri doktoru, tibb eksperti Adil Qeybulla koksaki virusunun çox təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, virus bir sıra fəsadlara yola aça bilir:
"Koksaki epidemik virusların bir növüdür. Əsasən hava-damcı yoluyla nəfəs yoluna düşür və yayıla bilir. Amma bununla yanaşı, virus digər bir üsul, yəni, qidalanma vasitəsilə də yayıla bilir. Virus əsasən həzm aktını zədələyir. Ümumiyyətlə, virus bağırsaqda ağır mənfi fəsadlar törədir. Qeyd edim ki, virusun müxtəlif ştampları mövcuddur. Bu virus insanda hətta meningitlik yarada bilir. Bu baxımdan da deyə bilərəm ki, ağırlaşmaların orqanizmə çox ciddi təsiri ola bilər. Xəstəliyin daşıyıcıları virusu sürətlə ətrafdakılara yaya bilirlər.
Bu baxımdan da risk ehtimalı olduğu halda, mütləq müvafiq profilaktik tədbirlər görülməlidir. Transsərhəd zonalarından keçərkən mütləq yoxlanma aparılmalıdır. Nəfəs yolunun xəstəlikləri, meningit əlamətləri, qızdırması olan, gözündə qansızma müşahidə edilən şəxslər mütləq müayinə olunduqdan sonra ölkəyə buraxılmalıdır.
Qeyd edim ki, virus nəfəs yolunu zədələyə bildiyi kimi, angina da yarada bilir. Qripəbənzər əlamətlərlə müşahidə olunan virus həmçinin insanda sidik yollarının iltihabı, qastritə kimi gətirib çıxara bilir. Koksaki çox təhlükəli virus olduğu üçün belə məqamlarda maksimum diqqətli olmaq lazımdır. Qonşu ölkədə belə bir virus yayılıbsa, onun Azərbaycanda yayılma riski də çox yüksəkdir. Ona görə də ölkəyə gələn turistlər yoxlanmalı, təhlükəli şəxslər mütləq nəzarətdə saxlanılmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi