Vüqar Səfərli: “Elektron mediaya dövlət tərəfindən maddi dəstək verilməsi gündəmdədir”
11:03 17.02.2017
Arxiv
263
"Hazırda elektron mediaya dövlət tərəfindən maddi dəstəyin verilməsi məsələsi gündəmdədir. Yəqin ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”.
Sherg.az-ın xəbərinə görə, bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Məclisdə KİV nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, elektron mediaya dəstək göstərilməsi nəzərdə tutulub:
"Bu məsələ bir neçə dəfə müzakirə olunub. Hətta Prezidentin KİV rəhbərləri ilə görüşündə gündəmə gətirilib. Təbii ki, əgər vəsait ayrılsa, bu, bütün elektron KİV-lərə şamil edilməyəcək. Bu gün saytları hər kəs izləyir. Onların materiallarının 80 faizi bir-birindən köçürmədir və eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var? Hesab edirəm ki, maddi yardım olanda əsasən xarici dillərdə fəaliyyət göstərən və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran KİV-lər maliyyələşdiriləcək. Ona görə də indidən gücünüzü ona yönəldin. Saysız-hesabsız portallar hər gün yaranır. Elə adam var ki, 10-12 sayt yaradır. Hökumət həmin saytların hamısına dəstək verəcək?! Təbii ki, bunun da xüsusi meyarları olacaq, statuslar müəyyənləşdirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya