
“Xalqın şairi” layihəsində böyük fırıldaq – FİNAL NİYƏ TƏXİRƏ SALINDI?
12:06 05.02.2018
Arxiv
2681
Gənc Şair Rauf Qərib ARB telekanalında yayımlanan "Xalqın şairi” verilişi haqqında özünün Facebook səhifəsində qalmaqallı status yazıb.
Bildirib ki, verilişin müəllif və aparıcısı Mübariz Əsgərova ideyanı o verib. Şair iddia edir ki, mükafata Şəkidəki bağ evini qoyacağını söz verib və birinciliyin ona verilməsi üçün Mübariz Əsgərovla razılaşıb.
Lakin qısa müddət sonra Rauf Qərib Alagöz razılaşmnı pozub, müsabiqədə iştirak etməyəcəyini, evi verməyəcəyini bildirib. Ona görə də verilişin final mərhələsi mart ayına saxlanılıb:
"Bunu yazmağı özümə borc bildim, artıq dayana bilmirəm. Etiraf edirəm ki, Mübarizə "Xalqın Şairi” ideyasını mən vermişdim. Hətta Şəkidə bir bağ evimin olduğunu, müsabiqəyə o evi qoyacağımı, axırda da qalib məni etməsi gərəkdiyini demişdim, razılaşmışdıq. Həm o reklam tutub pul qazanacaqdı, həm də mən "Xalqın Şairi” olacaqdım. Müsabiqə başlayandan sonra nəsə fikrimi dəyişdim və müsabiqəyə qatılmayacağımı, evi də verməyəcəyimi dedim. Bundan sonra ev verə bilməyəcəklərini anlayıb, öz dost-tanışlarından birini birinci edib, söhbəti bağlamağa çalışdılar, amma hay-küy düşdü. Gördülər bu da olmur, ona görə şounun final mərhələsini guya mart ayına saldılar ki, unudulub getsin. Bunun üçün müsabiqəyə qatılan bütün iştirakçılardan üzr istəyirəm”.
Mübariz Əsgərov qalmaqallı ittihamlara cavab verib. O, minval.info-ya açıqlamasında bildirib ki, verilişin ideyası 3-4 il əvvəl onun ağlına gəlib:
"Bu zamana kimi bir çox layihə həyata keçirtmişəm, hamısının da ideyaları özümə aid olub. Mənim dünya görüşüm və təhsilim o səviyyədə deyil ki, başqalarının ideyalarını oğurlayım, insanları aldadım. Aparıcısı olduğum verilişlər insanların maariflənməsinə və yaradıcı fəaliyyətlə məşğul olan şəxslərin tanıdılmasına yönəlib. "Xalqın şairi” verilişi də ucqar kəndlərdə yaşayan, heç kimin tanımadığı neçə-neçə şairi efirə çıxardıb, özünü ifadə etməsinə şərait yaradıb. Bu layihə haqqında sosial şəbəkələrdə qərəzli yazılar paylaşan şəxslərin çoxu da "Xalqın şairi”ndə iştirak edənlərdir, onları insaflı olmağa səsləyirəm. Verilişin ideyası üç-dörd il əvvəl ağlıma gəlib.”
M.Əsgərov Rauf Qəribi səsləndirdiyi ittihamlara görə məhkəməyə verməyəcəyini də deyib:
"Hər yerindən duranı məhkəməyə versək, gərək heç bir iş görməyək”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya