Xam neftin istehsalı artıb




Ötən ayla müqayisədə bu ay dünya bazarına çıxarılan xam neftin hasilatında artım müşhidə olunub. 

Sherg.az "Lefigaro.fr "ə istinadən xəbər verir ki, üç ölkə - Nigeriya, Liviya və Səüdiyyə Ərəbistanı birgə şəkildə ötən ayın hər günü 32,69 milyon barel xam neft istehsal ediblər. Bu ay isə nəticələri yüksəldərək onu 32,87 milyon barelə çatdırıblar. 

Qeyd edək ki, OPEP (Neft İxrac edən Ölkələr Birliyi ) və Rusiya da daxil olmaqla onun tərəfdaşları 2016-cı ilin sonunda 2018-c ildə neft ixracatını azaldacaqları ilə bağlı razılıq əldə ediblər. Məqsəd isə bazardakı tələbi ödəməməklə neftin qiymətinin bahalaşmasına nail olmaqdan ibarətdir.  

Ayyət Əhməd