Xaricdəki həmyerlilərimizə çağırış: Son dərəcə ehtiyatlı davranın - RƏSMİ
18:43 27.09.2020
Arxiv
451
Bu gün Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən APA -ya verilən məlumata görə, görüşdə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə yaranan son dərəcə gərgin vəziyyətlə bağlı Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərlərinə müvafiq təlimatlar verilib.
Azərbaycan Respublikasının Prezidentinin mövcud vəziyyət ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətə, eləcə də dövlət rəhbəri tərəfindən Təhlükəsizlik Şurasının iclasında verilmiş təlimatlara istinadən diplomatik nümayəndəliklərimiz üzərilərinə düşən vəzifələr ilə bağlı məlumatlandırılıb. Mövcud vəziyyətdə diplomatik nümayəndəliklərimizin xüsusi şəkildə fəaliyyətə keçdiyi vurğulanıb, eləcə də xarici ölkələrdə ermənilər tərəfindən təxribatların törədilməsi ehtimalının yüksək olması səbəbindən diplomatlarımızın, həmçinin bu ölkələrdəki həmyerlilərimizin son dərəcə ehtiyatlı davranması məsləhət görülüb.
Görüşdə, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımıza yaranmış bu vəziyyətdə Azərbaycanla bağlı və bölgədəki vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımı tədbirləri görməsi tapşırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə