Son zamanlar Azərbaycanda oğlanların sayının qızlara nisbətən artması oğlanlarımızın əcnəbi xanımlarla evlənməsi halının çoxalmasına yol aça bilər".
Bu sözləri Sherg.az-a ölkəmizdə hər doğulan 100 qıza 114 oğlanın düşməsi statistikasına münasibət bildirərkən "Təmiz dünya" İctimai birliyinin sədri Mehriban Zeynalova deyib.
Onun sözlərinə görə, çox az ailədə ailə planlaşdırılması var və buna uyğun onlar uşaqların sayını, cinsiyyətini müəyyən edirlər:
"Həkimlərlə söhbətimdən sonra mənə aydın oldu ki, seleksiyalara münasibət məsələsi mütamadi deyil və qarşısını almaq üçün konkret addımlar atmaq lazımdır. Əslində qız uşaqlarının stimullaşdırılması təhsildə, müxtəlif qərarları qəbul etməkdə, təcrübə və bacarıqlarının qiymətləndirilməsində irəliyə çəkilməsi vacib məsələlərdəndir. Bunlar qız uşaqlarının dünyaya gəlməsinə, eləcə də onların inkişafına kömək edən mesajlardır. Məsələn, əgər qızlar öz bacarıq və qabiliyyətlərinə görə deyil, digər səbəblərə görə işə girirsə, onda təbii ki, heç bir stimul olmayacaq. Belə olan halda isə, xaricdən qadın gətirmək və onunla evlənmək daha aktual olacaq. Çoxları bunu yeni nəslin yaranması və qanın təzələnməsi kimi qiymətləndirsə də, bəzi hallarda bu kişilərin miqrasiyasına səbəb olur. Bu xanımlar daha çox kişilərin öz ölkələrinə getməsinə və orda yaşamasına nail olurlar".
Qızların sayının azalmasının milli kimliyin formalaşmasına mənfi təsir edəcəyini deyən M. Zeynalova qeyd edib ki, oğlanların əcnəbi qızlarla evlənməsi nəticəsində milli kimlikdə dəyişiklik yarana bilər:
"Digər ölkələrdə də ana uşağın tərbiyəndirilməsində mühüm rol oynayır və öz xarakterinə uyğunlaşdırır. Eyni zamanda onların qayda-qanunlarına, hətta dininə belə itaət etməsinə gətirib çıxarır. Bu demoqrafik məsələ olmaqla yanaşı milli kimlik məsələsidir. Düzdür, qadınlar da əcnəbilərlə nigaha girir, amma qadınlar daha çox milliliyi qoruyur. Başqa millətlərdə məsələn, türklərdə qadın digər millətin nümayəndəsi ilə evlənsə, deyir "mən türkəm". Övladına da bunu aşılayaraq, ideoloji xətti saxlaya bilirlər. Əsas məsələ bu ideloji xətti, milli kimliyi saxlamağı bacarmaq və bunları qoruya bilən qadınları formalaşdırmaqdadır. Həm qadınlar, həm də kişilər belə məsələlərdə bir qədər zəifdirlər. Daha çox evləndiklərinə adaptasiya olurlar və onların düşüncə tərzi ilə oturub dururlar. Bu baxımdan həmin ideoloji xətti qoruyub saxlayan və milli kimliyi formalaşdırmağı bacaran güclü şəxsiyyətlər olmalıdır. Onda hansı millətin nümayəndəsi ilə evlənməsindən asılı olmayaraq milli kimlik qorunub saxlanacaq. Yox, əgər zəif vətəndaşdırsa, bir az da küskündürsə, qeyri-millətdən olan biri ilə tanış olacaq və o millətdən olan şəxsin kimliyini təbliğ edəcək".
Qeyd edək ki, 2016-cı ildə əhalinin sayı 104,4 min nəfər və ya 1,1 faiz artaraq 2017-ci il yanvar ayının 1-i 9810,0 min nəfərə çatıb. hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Belə ki, hər 1000 kişiyə 1006 qadın düşür.
Aysel Aslan