Xarici jurnalistlər Şimali Kipr Türk Respublikasına səfər ediblər. Məlumat üçün bildirək ki, səfərə Azərbaycandan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı da qatılıb.
"Sherg.az” xəbər verir ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Sülh və Azadlıq Bayramını qeyd etmək üçün bu ölkəyə dəvət edilən xarici jurnalistlərin iştirakı ilə brifinq keçirilib.
Baş nazirin müşaviri və Xarici İşlər Nazirliyinin müdiri Gültən Sevgili Şimali Kipr problemi və indiyə qədərki sülh məsələsi və ikitərəfli görüşlər haqqında jurnalistləri məlumatlandırıb. O bildirib ki, 1963-cü ildən də əvvəl başlanan Kipr problemi 1974-cü ildə başlamış kimi qələmə verilir:

"1974-cü il Kipr münaqişəsinin başlanğıcı deyil, nəticəsidir. Kiprdə yaşayan türk xalqı 50 ildir müzakirə masasında problemin müsbət həllini gözləyir. Ancaq Yunan tərəfinin və beynəlxalq birliyin mövqeyi problemi tənzimləməyə yönəlmədi. Bu şəkildə daha nə qədər müzakirə edəcəyik? Rumlar rifahı və zənginliyi kıbrıslı türklərlə paylaşmaq istəməz.
Müzakirələrin yalnız danışıqlar masasında açıq formada davam etməsini və bizim özümüzə yeni bir yol açmağımızı istəmirlər”.
Bundan başqa Gültən Sevgili həmçinin Kipr adası ətrafındakı enerji mənbələrində Kipr Türk xalqının da haqqı olduğunu bildirib. Həmçinin o Kipr Cümhuriyyətinin birtərəfli aksiyalarına icazə verilməyəcəyini və Kipr Türk xalqının hüquqlarının sonuna qədər qorunacağını vurğulayıb.
Daha sonra o, dəvət olunan xarici jurnalistlərin suallarını cavablandırıb.
Aysel Aslan