Xarici qonaqlar Cocuq Mərcanlıda hər şeyi gözləri ilə gördü
10:21 17.02.2017
Arxiv
779
Səfirlər digər işğal edilmiş ərazilərə getsələr, daha dəhşətli vandallığın şahidi olacaqlar
Son günlər xarici ölkələrin diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri maraqla qarşılanıb. Baş tutan səfərin gözəl təşəbbüs olduğunu deyən politoloq Qabil Hüseynli eyni zamanda bu səfəri erməni vandalizmi və işğalının iç üzünü açıb göstərmək baxımından yaxşı fürsət kimi dəyərləndirib:
"Bu səfər bir tərəfdən ermənilərin daşı daş üstündə qoymadığı Azərbaycan kəndlərinin dəhşətli mənzərəsini xarici diplomatların gözü qarşısında açır. Digər tərəfdən isə Azərbaycanda geriyə qayıtmaq istəyən insanlara yaranacağı miqyaslı planları açıb göstərir.
Yəni, biz bir növ həm təbliğatçılıq ilə məşğul oluruq, həm də erməni işğalını əyani surətdə səfirlərin gözü qarşısında açıb göstəririk. Bolqarıstan səfirinin təəssüratlarını oxudum, o, gördüklərindən dəhşətə gəldiyini bildirmişdi. Çünki faşistlər o zaman işğal etdikləri Ukrayna, Belarusiya və Rusiya kəndlərini yer üzündən silməyiblər. Məsələn, Cocuq Mərcanlıda bir dənə də olsun salamat ev qalmayıb. Demək olar ki, bu kəndi yer üzündən silib atıblar. Səfirlər digər işğal edilmiş ərazilərə getsələr, daha dəhşətli vandallığın şahidi olacaqlar.
Görərlər ki, Azəbaycan xalqına hansı zülmü verib, hansı ziyanlar vurublar. Bizə vurulan ziyanın məbləği 150-200 milyard dollar arasındadır. Bu məsələdə bəziləri bizə təbəssümlə cavab verdilər. Amma gedib görürlər ki, bir kənd yer üzərindən silinibsə, o kəndin maddi və mənəvi sərvətlərinin dəyəri neçə milyon dollarla ölçülür”.
Politoloq həmçinin Azərbaycanın erməni vəhşiliyi ilə bağlı apardığı təbliğat və təşviqat siyasətinin mühüm göstəricisi kimi işğal olunmuş ərzailərimizə beynəlxalq jurnalistlərin də aparılmasının vacib olduğunu vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq jurnalistlər ictimai rəyin formalaşmasında daha aktiv iştirak edə bilərlər.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya