"Xərclər böyüyürsə, hökumət öz strukturlaruna yenidən baxa bilər"
13:05 14.11.2017
Arxiv
720
Əliməmməd Nuriyev: "Daha da geniş islahatların aparılması, dövlət aparatının məhdudlaşdırılmasına ehtiyac var. Amma burada müvafiq tarazlığın qorunması da vacibdir"
"Hər bir ölkədə mərkəzi icra hakimiyyəti orqanlarını birləşdirərkən həmin ölkənin iqtisadi göstəricilərini, fəaliyyət göstərən sahələrini, əhalisinin sayını, coğrafiyasını və s. amilləri nəzərə almaq lazımdır”.
Bunu "Sherg.az”a Gürcüstanda 4 nazirliyin ləğvi məsələsinin bu sayaq islahatların Azərbaycanda da baş tutmasını gündəmə gətirməsindən danışan "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, Gürcüstanda elə nazirliklər var idi ki, onların birləşdirilməsi zəruri idi:
"Gürcüstanda da bu kimi məsələlər nəzərə alınaraq, islahatlar həyata keçirildi. Xüsusilə maliyyə böhranı baş verirsə, xərclər böyüyürsə, bu zaman istənilən hökumət öz strukturlaruna yenidən baxıb, daha optimal dəyişikliklər edə bilər. Azərbaycanda lazım olduqda belə islahatlar aparılır.
Gürcüstanda nazirliklər azalıb, lakin agentliklərin sayı heç də az deyil. Ona görə, Azərbaycanda da bəzi nazirliklər ləğv edildi, digəri ilə birləşdirildi. Bu proses indi də davam edir. Belə islahatlar iqtisadiyyatın daha da optimallaşdırılması ilə bağlı olan məsələdir. Eyni zamanda daha da geniş islahatların aparılması, dövlət aparatının məhdudlaşdırılmasına ehtiyac var. Amma burada müvafiq tarazlığın qorunması da vacibdir.
Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı strateji yol xəritəsi qəbul edilib. Bu yol xəritələrində həm də struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur və işlər aparılır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə