Xəstəxanaya bu halda gəldi: Əlinə dəmir barmaqlıq girdi





Konyanın Karapınar qəsəbəsində oyun oynadığı məscid bağçasında əlinə dəmir barmaqlıq batan uşağı xilasetmə qrupları dəmiri kəsərək qurtarıb.

Mehmet Uslu (12) üstündən atlamaq istəyərkən əlinə dəmir barmaqlıq girib.
Ağrılarla ağlamaya başlayan uşağın səsini eşidən vətəndaşlar tez təcili yardım və xilasetmə qruplarına xəbəe verib.
112 təcili xidmət qrupları uşağı sakitləşdirməyə çalışıb, xilasetmə qrupları da hidrolik kəsici qayçısıyla barmaqlığı kəsib. Daha sonra ağrılar içində bağıran Uslu əlindəki dəmir parçasıyla təcili yardıma aprılıb. Karapınar dövlət xəstəxanasına çatdırılan uşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.