Xəzərdə bir gündə üçüncü zəlzələ - YENİLƏNİB




Xəzərdə bir gün ərzində üçüncü zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verdilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 15:18:08-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,3, dərinliyi 30 km olub.
Zəlzələ hiss olunmayıb.
***
15:32
Bu gün Xəzər dənizində ikinci zəlzələ baş verib.
REspublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ saat 14:25-də 3.2 maqnitudada, 60 km dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
***
10:43
Xəzər dənizində zəlzələ olub.
Lent.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 07:36-da 3.2 maqnitudada, 60 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.