Xəzərin hüquqi statusu ilə bağlı mübahisəli məsələlər həll edilib? - İZAH

"Beş Xəzəryanı dövlətin işçi qrupları Xəzərin hüquqi statusu ilə bağlı mübahisəli məsələləri artıq həll ediblər”.
Bunu "Sherg.az”a Astanada bu ilin avqust ayına planlaşdırılmış Xəzəryanı dövlət başçılarının sammiti barədə danışarkən politoloq Tofiq Abbasov söyləyib. 
O vurğulayıb ki, demək olar, bütün ölkələr Astanada yekun görüş keçiriləcəyini, imzalanma mərasiminin baş tutacağını düşünürlər:
"Xəzərin hüquqi statusunun həlli yolu tapılıb və konvensiya 5 ölkə tərəfindən imzalanıb. İndiyə qədər ən ağır danışıqlar, uzun müzakirələr "Cənub üçlük” adlandırılan Azərbaycan, İran və Türkmənistan arasında aparılırdı. Nəhayət, bu dövlətlər arasında mübahisəli məqamlar da demək olar, aradan qaldırılıb. Düşünürəm ki, çoxdan gözlənilən razılaşma prosesi Astanada, Xəzəryanı dövlət başçılarının sammitində baş tutacaq”.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də Astanada Xəzərin hüquqi statusu haqda konvensiya imzalana biləcəyini vurğulayıb.
Aysel Aslan