Xəzərin sahilində növbəti monitorinq keçirildi
07:31 04.05.2020
Arxiv
608
Xəzər dənizinə antropogen təsirlərin müəyyən edilməsi və dəniz suyunun çirklilik səviyyəsinin öyrənilməsi məqsədilə növbəti monitorinq Binəqədi, Sabunçu, Xəzər rayonlarının və Sumqayıt şəhərinin Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.
Oxu.Az-ın məlumatına görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə bildirib ki, Kürdəxanı və Zığ qəsəbələrindən dənizə tullantı sularının axıdılması ilə bağlı nazirliyə daxil olan şikayətlər araşdırılıb.
Onun sözlərinə görə, Kürdəxanı və Zığ qəsəbəsində axarlardan götürülmüş su nümunələrinin təhlili bu ərazilərdə çirklənmə səviyyəsinin normadan artıq olduğunu göstərib:
“Ümumilikdə, aparılan monitorinqlərin nəticəsində məlum olub ki, bəzi ərazilərdə dəniz suyunun çirklənmə səviyyəsində cüzi azalma müşahidə edilib, bu da karantin dövründə ictimai-iaşə obyektlərinin işləməməsi ilə əlaqədardır”.
İdarə rəisi qeyd edib ki, hələ də bəzi yerlərdə dəniz suyunda çirklənmə göstəriciləri normadan artıqdır. Buna səbəb ərazilərdə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin olmaması və yaşayış massivlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılmasıdır:
“Belə halların çimərlik mövsümünədək aradan qaldırılması üçün çirkləndiricilərə tərəfimizdən müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya