XİN: "Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir"
13:48 30.09.2020
Arxiv
343
Ermənistan XİN-in bölgədə yaşanan son gərginlikdə guya ki, Türkiyənin tərəf kimi iştirak etməsi ilə bağlı verdiyi açıqlamalar yalandır və təxribat xarakteri daşıyır.
Bu barədə "Sherg.az"a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Xatırladılıb ki, cari ilin 27 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın yeni təcavüz aktına cavab olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək məqsədilə əks hücum tədbirləri həyata keçirilib.
“Hazırda da Azərbaycan tərəfi Ermənistanın davam edən hərbi təxribatlarına adekvat cavablar verir. Azərbaycan ordusu öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclüdür.
Türkiyənin roluna gəldikdə isə, bu ölkə bölgədə sülh və təhlükəsizliyin, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsiplərinə hörmətin təmin olunmasının tərəfdarıdır. Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, başda BMT TŞ qətnamələri olmaqla beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq və ədalətli şəkildə həllini dəstəkləyir.
Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 tipli döyüş təyyarəsinin guya ki, Türkiyə silahlı qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması ilə bağlı dezinformasiya xarakterli məlumata gəldikdə isə, bu kimi saxta məlumatları yayan Ermənistanın niyyəti münaqişəyə üçüncü tərəfləri cəlb etməkdir.
Görünən odur ki, Ermənistan tərəfi isə bu həqiqətə uyğun olmayan və cəfəng açıqlamaları ilə beynəlxalq ictimaiyyətin diqqətini özünün təcavüzkar siyasətindən və Azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə atəşə tutaraq törətdiyi müharibə cinayətlərindən yayındırmaq məqsədini güdür”, - deyə qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm