“Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş olunacaq
07:35 14.02.2019
Arxiv
539
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)18 fevral 2019-cu il tarixdə saat 14:00-da tədbir keçiriləcək.
Aİİ-dən Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı soyqırımının 27-cı ildönümünə həsr edilmiş "Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi təşkil olunacaq.
Sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyi tərəfindən lentə alınıb. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı şəhərində törətdiyi soyqırımdan bəhs edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı"na əsasən, 26 fevral 2019-cu il tarixdə ali təhsil müəssisəsində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq.
Azərbaycan İlahiyyat İnstitutu mütəmadi olaraq tələbələrin vətənpərvərlik ruhunun gücləndirilməsi və milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin aşılanması məqsədilə silsilə tədbirlər həyata keçirir.
Tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi gənc nəslin mənsub olduğu milli dəyərlərə, tarixi ənənələrə bağlılığını özündə ehtiva edir. Vətənin tarixi keçmişini dərindən bilmək, milli dəyərlərinə sahib olmaq, adət-ənənələrini öyrənmək, maddi və mənəvi sərvətlərini qorumaq vətənpərvər insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Aİİ bu keyfiyyətləri gənclərə aşılamaq məqsədilə davamlı olaraq gənc nəslin tarixi yerlərə gəzintisini təşkil edir, tarixi günlərə həsr olunmuş silsilə tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol