Xüsusi karantin rejimində saxta icazə verənlər ifşa olunub
12:20 21.12.2020
Arxiv
457
Xüsusi karantin rejimində sərbəst hərəkət etmələri üçün 60-a yaxın vətəndaşı saxta məlumatlar əsasında icazə portalında qeydiyyatdan keçirən dəstə üzvləri ifşa ediliblər.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər.
Tədbir zamanı müəyyən edilib ki, “24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayevlə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər.
Bunun üçün R.Novruzov, P.Rəhimli, N.Qubadov və N.Rzayev karantin zamanı sərbəst hərəkət etmək üçün onlara müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər. Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib. Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.
Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha öz təsdiqini tapıb.
Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya