E.Muradlı hesab edir ki, müvafiq qurumlar - Energetika Nazirliyi, SOCAR və s. səlahiyyətlilər istehlakçıların hüquqlarını qorumalıdır:
Yanacaq çəni 68 litr olan avtomobilə 75 litr benzinin vurulması MÜMKÜNDÜR ? - İZAH
10:10 19.07.2018
Arxiv
1138
"Yanacaq çəni 68 litr olan avtomobilə 75 litr benzinin vurulması absurddur”.
Bunu "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı söyləyib.
O qeyd edib ki, məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetin mütəxəssisləri də bunun ciddi araşdırma mövzusu olduğunu diqqətə çatdırıb:
"Ola bilər, cüzi miqdarda əlavə yanacaq vurmaq mümkündür. Amma videodan əks olunduğu kimi avtomobilin çənində əvvəldən təxmini 5 litr benzin olub. "Azpetrol” əməkdaşları isə 75 litr benzin vurublar. Belə çıxır ki, 68 litr tutumu olan yanacaq çəninə ümumi 80 litrə yaxın benzin yerləşdirmək mümkündür. Bu, heç cür mümkün deyil. Məsələ burasındadır ki, yanacaqdoldurma məntəqələri sürücülərə təqdim etdiyi benzinin hər 10 litrində 1 litr kəsirlər. Əslində benzinin sifariş olunandan az vurulduğunu ört-basdır etmək üçün belə iddialar səsləndirirlər. Bir qədər insaflı olan yanacaqdoldurma məntəqələri hər 10 litrdən yarım litr kəsir. Ən insafsız məntəqələrdə isə benzinin tərkibinə digər yanacaqlar qatır, maşınların mühərrikinin sıradan çıxmasına səbəb olurlar. Bu hallarla bağlı sürücülərin çoxsaylı şikayətləri mövcuddur”.
E.Muradlı hesab edir ki, müvafiq qurumlar - Energetika Nazirliyi, SOCAR və s. səlahiyyətlilər istehlakçıların hüquqlarını qorumalıdır:"Çünki hər gün istehlakçılar aldadılır. Təəssüf ki, bu məsələlər ictimailəşdirildikdə, cəzalandırılan yanacağı çənə vuran operatorlar olur. Halbuki 200-300 manat maaşa işləyən şəxsin cəzalandırılmasının əvəzinə ona rəhbərlik edən şəxsin tənbeh olunması daha düzgündür. Çünki hər halda operatora nəzarət edən şəxslər var, heç bir operator özbaşına müştərini aldatmaz. Ona görə, bu kimi problemləri mütləq araşdırmaq lazımdır”.
Qeyd edək ki, 15.07.2018 il tarixində "Azpetrol”un "Spartak YDM”- də BNW markalı avtomobilin sahibi operatora yanacaq çəninin tam doldurulmasını sifariş edib. Operator tərəfindən müştərinin avtomobilinə 75 litr yanacaq vurulub. Belə olan halda müştəri: "maşınımın yanacaq çəni 68 litr tutduğu halda, necə olur ki, çənə 75 litr yanacaq vurulur” - deyə şikayətlənib. Məsələyə açıqlama gətirən "Azpetrol” şirkəti isə bu halın mümkün olduğunu bildirib: "Hər bir avtomobilin yanacaq çəninin tutumu göstərilən ölçüyə (xəttə) qədər olan məsafə nəzərdə tutulur. Müştəri yanacaq çəninin tam doldurulmasını sifariş edərkən həmin ölçüdən (xətdən) yuxarı hissəyə qədər, yəni çənin boğazına kimi dolmasını istəyir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət