YAP-çı deputat: "Müsavat kiminsə yox, xalqın partiyasıdır"




 

"Azərbaycan müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin məsələsi həmişə diqqət mərkəzində olub”.

Sherg.az xəbər verir ki, bu sözləri parlamentin iclasında hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov səsləndirib. 

O Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı danışarkən qeyd edib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar. S.Novruzovun qənaətincə Cümhuriyyət də, onu quran əsas partiyalardan olan Müsavat da Azərbaycan xalqının tarixidir: 

"Bu Azərbaycana məxsusdur. Kimsə adını götürüb həminki dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətində olan Azərbaycan xalqının tarixinə aid olan partiyadır. Bugünkü Müsavatla o biri Müsavat tamamilə başqa-başqa təşkilatlardır. O vaxt bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr, bu Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirilməməlidir".

Anar