Yaponiya əcnəbilərin ölkəyə daxil olmasını qadağan edib
02:25 14.01.2021
Arxiv
352
Yaponiya hökuməti xarici vətəndaşların ölkəyə girişini tamamilə dayandırıb.
NHK telekanalının məlumatına görə, bu yaxınlaradək 11 ölkə ilə miqrasiya güzəştləri haqqında qarşılıqlı razılaşma qüvvədə idi. Bu razılaşmalara əsasən, gündoğan ölkənin miqrasiya xidməti Sinqapur, Malayziya, Tailand, Vyetnam, Çin, Cənubi Koreya kimi bəzi dövlətlərin vətəndaşlarına, xüsusən də iş adamlarına giriş vizası verirdi. Lakin virusun yeni ştammının aşkar olunması səbəbindən dekabrın 28-dən etibarən güzəştli vizaların verilməsi də dayandırılıb.
Hazırda yalnız ölkə vətəndaşları və burada daimi yaşayış izni olan əcnəbi vətəndaşlar Yaponiya ərazisinə daxil ola bilirlər. Əgər qeyd olunan şəxslər virusun yeni növünün aşkar edildiyi ölkələrdən gəliblərsə, mütləq son 72 saat ərzində alınmış neqativ test cavabı haqqında sənəd təqdim etməlidirlər. Həmin şəxslər hava limanında bir daha test verməlidirlər.
Qeyd edək ki, Yaponiyada epidemioloji vəziyyət ötən ilin noyabr ayından etibarən ağırlaşıb. Yanvarda isə yoluxma pik həddinə çatıb. İndiyədək ölkədə 4 mindən çox şəxs ölümcül virusun qurbanı olub. Koronavirus xəstələrinin ümumi sayı isə 300 mini keçib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol