Yəmənin paytaxtı bombalandı - ölən və yaralılar var - YENİLƏNİB-1
05:37 11.11.2017
Arxiv
753
Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində azı 4 nəfər ölüb, daha 4-ü yaralanıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
Zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib, 7 ev dağılıb. Zərbələrin hədəfində müdafiə nazirliyinin binası olub.
Qeyd edək ki, Yəmənin paytaxtı Sana hazırda üsyançı husilərin nəzarəti altındadır.
***
Ərəb koalisiyasına məxsus hərbi təyyarələrin Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində 10 nəfər yaralanıb
APA-nın "Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Məlumata əsasən, hadisə nəticəsində 7 yaşayış evi dağılıb, sakinlər təxliyə edilib.
***
Ərəb koalisiyasına məxsus aviasiya Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki hava zərbəsi üsyançı husilərin Müdafiə nazirliyinin binasına endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.
Yəmənin SABA agentliyinin xəbərinə görə, zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib. Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır.
Noyabrın 4-də gün Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.
Yəməndə üsyançı husilər ("Ənsər Allah” hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi