Yeni doğulan körpəni dili az qala öldürəcəkdi - FOTOLAR

Həkimlər ailəyə körpənin uzun müddət yaşaya bilməyəcəyini söyləyib
Hindistanda Aparajit Lodhi adlı yeni doğulan körpə həkimləri də, anasını da qorxutdu. İnanılmaz dərəcədə böyük bir dillə dünyaya gələn körpə az qalsın boğulurdu.
Milliyyət. com. xəbər verir ki, doğuş zamanı hər şey normal idi. Ta ki, körpəni görənə qədər… Əvvəl həkimlər, daha sonra ana körpənin dilini görüncə şoka düşdü. Həkimlər ailəyə körpənin uzun müddət yaşaya bilməyəcəyini söyləyib.
Dünyaya gələr, gəlməz boğulma təhlükəsi yaşayan Aparajit Lodhi həkimlərin yerində müdaxiləsi ilə qurtarıldı. Dili körpənin rahat nəfəs almasını maneə törədirdi. Eyni zamanda getdikcə qarını acan Aparajit dili səbəbiylə bir şey içə bilmirdi. Körpənin ağlamaq səsi heç dayanmırdı. Talehsiz körpə bir nəfəsalma aparatıyla həyatda tutulurdu.
Aparajit hələ dörd günlük bir körpəykən əməliyyata alındı. Körpənin dili kiçildildi və ana və  atası sonunda rahat bir nəfəs aldı. Əməliyyatdan sonra körpə ilk dəfə udqunmağı bacardı.
Körpənin dilinin bu dərəcə böyük olma səbəbi isə şiş idi. Həkimlər 2 saat davam edən əməliyyatla şişi ortadan qaldırdı. Aparajit isə ağlamağını dayandırıb, ilk dəfə gülümsədi.