Yeni yaranan Qida Təhlükəsizliyi Agentliyindən gözləntilər böyükdür
11:19 15.11.2017
Arxiv
943
"Qida Təhlükəsizliyi Agentliyi haqqında sənəd ümumilikdə ölkə başçısının dəfələrlə dediyi kimi, ictimai nəzarət çağırışlarına adekvat cavab vermir”.
Bunu "Sherg.az”a yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinə dair gözləntilərindən ddanışarkən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.
O xatırladıb ki, əsasnamədə beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə fəaliyyətinin qeyd olunması müsbət haldır:
"Qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsində qanunvericiliyə riayət olunması önə çəkilir.
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri bizi qane edir. Xüsusilə gömrük məntəqələrində nəzarətin həyata keçirilməsi əlavəsi çox əhəmiyyətlidir.
Düşünürəm ki, bu qurumun fəaliyyətində ictimai təşkilatlarla qarşılıqlı əlaqə təşkil olunmalıdır və beynəlxalq təşkilatların təcrübəsindən istifadə edilməlidir.
Ümumilikdə, biznesə toxunulmazlıq statusunun verildiyi şəraitdə bu əsasnamə ilə dövlət orqanı öz gücünün 50 faizini ortaya qoya bilər. Bundan o tərəfə keçməyəcək. Çünki elə biznes qurumu var ki, həm sənaye, həm də qida istehsalı ilə məşğuldur. Bu zaman biznes qurumuna müdaxilə kimi başa düşüləcək.
AİB bu qurumdan çox şey gözləyir. Bizi ən çox maraqlandıran məsələlərdən biri əsasnamədə qeyd olunan 5.8 bəndidir. Bu bənddə bildirilir ki, agentlikdə sədrdən (Kollegiyanın sədri), sədrin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Agentliyin rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Agentliyin Kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilərlər. Biz gözləyirik ki, kollegiyanın tərkibinə ictimai təşkilatın nümayəndəsi də daxil olsun. İstehlakçının səsini kollegiyaya çatdıran mexanizm olmalıdır”.
Qeyd edək ki, yeni qurumun əsasnaməsinə görə, agentlik qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qida məhsullarının və onları qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, baytarlıq, bitki mühafizəsi və karantini sahələri istisna olmaqla, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət