Yerin altında inanılmaz tapıntı: Orada da dağlar varmış
12:35 17.02.2019
Arxiv
637
Məlum olub ki, çox güclü təkanlar zamanı dalğalar bütün nüvə boyu, sonra Yerin əks tərəfinə və geriyə yayıla bilər
Yer səthi çox rəngarəngdir. Düzənlikləri sıra dağlar, dağları nəhayətsiz Dünya okeanı əvəzləyir. Prinston Universitetinin və Çin Geodeziya və Geofizika İnstitutunun alimlərinin birgə tədqiqatı göstərib ki, dərin yeraltı landşaft öz müxtəlifliyinə görə Yer səthinin üzərində olanlardan heç də geri qalmır.
Geofiziklər indiyədək qeydə alınan ən güclü zəlzələlərdən biri zamanı əldə olunan məlumatlardan istifadə edərək Yer səthinin yüzlərlə kilometr dərinliyində iri dağ silsilələri aşkar ediblər. Sputnik Azərbaycan "Texkult”a istinadla xəbər verir ki, söhbət 410 kilometrdən 660 kilometrədək dərinlikdə yerləşən mantiyanın yuxarı və aşağı hissələrinin sərhədində yerləşən dar zolaqdan gedir.
Geoloqlar planetimizin təkində gedən proseslərlə yaxından tanış olmaq üçün güclü zəlzələlərin müxtəlif materiallardan keçən və onlardan əks olunan dalğalarının yayılma prosesini öyrəniblər.
Məlum olub ki, çox güclü təkanlar zamanı dalğalar bütün nüvə boyu, sonra Yerin əks tərəfinə və geriyə yayıla bilər. 1994-cü ildə Boliviyada baş vermiş və zəlzələlərin müşahidə olunduğu bütün tarix ərzində öz gücünə görə ikinci sayılan 8,2 bal gücündə zəlzələ tədqiqatların predmetinə çevrilib.
Əldə olunan məlumatlar keçid zonasının yuxarı və aşağı hissələrinin relyefinin xəritəsini tərtib etməyə imkan verib. Təqribən 410 kilometr dərinlikdə yerləşən yuxarı sərhədin landşaftı nisbətən hamar olub. Alimlər təxminən 200 kilometr dərinliyə gedərək sözün həqiqi mənasında nəhəng dağ silsilələri aşkar ediblər. Onların yüksəklikləri arasında 3,2 kilometrə qədər fərq olub.
Bəs bu sərhəd necə yaranıb və formalaşmış konfiqurasiyasını milyonlarla il ərzində necə qoruyub saxlaya bilib? Alimlərin fikrincə, qədim tektonik tavaların qalıqları Yer qabığının bəzi bloklarının digərlərinin altına getdiyi subduksiya zonaları, yəni xətti uzanan zonalar vasitəsilə Yerin dərinliyinə batandan sonra orada möhkəmlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya