"Yüksəliş" müsabiqəsi "Azərkosmos"un sədrinin təqdimatında vebinar təşkil edib
16:57 25.09.2020
Arxiv
511
Sentyabrın 25-də “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.
APA-nın məlumatına görə, vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev "Liderlik və özünüidarəetmə" mövzusunda təqdimatla çıxış edib.
ASC-nin sədri vebinar iştirakçılarına liderliyə xas bacarıqların, peşəkarlığa doğru gedilən yolda gələcək idarəçilərin mütəxəssis kimi yetişməyində xarakterin, özünüidarəetmə xüsusiyyətlərinin formalaşdırılmasından danışıb. O bildirib ki, idarəçinin özünü tanımağı, analiz etmək qabiliyyəti onun uğurlu idarə metodikasına əsas təsiredici amillərdəndir. Rəşad Nəbiyev, həmçinin “ən peşəkar hesab etdiyimiz idarəçilərin də özlərindən yaşlı, çalışdığı işdə özündən təcrübəli mentorlara ehtiyacı var”, - deyə vurğulayıb. O, həm də bildirib ki, müasir dövrdə texnoloji yenilikləri sürətli mənimsəyən, emosional intellektə malik, bunu işində peşəkarlıqla tətbiq edən işçilərin də komandaya cəlb edilməsi, bu insanların dürüst dəyərləndirilməsi uğurlu idarəçi üçün vacib keyfiyyətlərdir.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
06:43 07.08.2026
Cəmiyyət
“Chanel” birinciliyi heç kimə vermir
06:06 07.08.2026
Relaks
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb, xəsarət alan var
05:25 07.08.2026
Gündəm
Almaniyada iki İraq vətəndaşı terror şübhəsi ilə saxlanılıb
03:33 07.08.2026
Dünya
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət