"Zədəli davranışları ekranlara gətirmək olmaz" - Qulu Məhərrəmli Zaur Kamalın elçiliyinə reaksiya verdi
15:42 17.11.2017
Arxiv
924
"Nə qədər fikirlərimizi bildirib, tənqid etsək də vəziyyət düzəlmək əvəzinə pisləşir”.
Bunu "Sherg.az”a bu gün sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə olunan "5-də 5” verilişinin aparıcısı Zaur Kamalın "Elçilik” rubrikasında 7-ci sinif şagirdinə elçi getməsi ilə bağlı danışarkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib. O bildirib ki, bəzi qaydalara televiziya jurnalisti olmadan, adi vətəndaş kimi də əməl etmək lazımdır:
"Televiziyadakı davranış həyatdakı davranışımızın davamıdır. Ona görə, çalışmaq lazımdır burada hər şey nümunəvi olsun. Televiziya dəbdir. Bu tək geyim deyil, davranış, danışıq dəbidir. Müəyyən norma var. Ona görə, aparıcılarımız, televiziya prodüserlərimiz, telekanal rəhbərləri bunları yaddan çıxartmamalıdır. Ucuz sensasiya xatirinə belə hallara yol vermək olmaz.
Sanki cəzasızlıq, "öz fəaliyyət dərnəyi”dir. Elə bil heç kimə yol göstərilmir. Həmin şəxslər tənqiddən nəticə çıxarmır. Kim nəyi istəyir, necə istəyir edir. Nəzərə almalıyıq ki, ekran qarşısında müxtəlif yaş qruplarına aid, fərqli dünya görüşlü insanlar var. O verilişlər insanlara nə verir – bunu düşünmək lazımdır. Yoxsa, kimsə reklam alacaqsa, başqasının könlünü fərdi qaydada xoşbəxt etmək istəyirsə, televiziyanı bu işə qatmamalıdır. Televiziya ciddi ölçüləri olan mediadır. Bu davranışlar ona görə müəyyən çərçivədə və cilalanmış, nizmalanmış olmalıdır. Televiziya aparıcıları bu qaydaları yaddan çıxarmamalıdır. Əskik, zədəli davranışları ekranlara gətirmək olmaz”.
Qeyd edək ki, "Xəzər TV”-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5-də 5” verilişinin "Elçilik” rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. 7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu deyib.
Bununla bağlı açıqlama verən Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib.
"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı olduğunu deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də, yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan "hə" alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. Efirdə də söyləyəcəyəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb”, - deyə o söyləyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə