Zəhranın yaxşılaşması 10 iynədən aslıdır: Atası ot yığmaqla xərcləri qarşılaya bilmir

Türkiyənin Dənizli bölgəsində mövsümü işlərdə çalışan ailəsiylə birlikdə çadırda yaşayan və üç il əvvəl beyin şişi əməliyyatı keçirən 5 yaşlı Zəhra Gül həyat mübarizəsi verir. Maddi vəziyyəti qeyri-kafi olan ailə, qızının müalicəsi üçün lazımlı olan və xaricindən təmin edilən dərmanları almaqda çətinlik çəkir, sağlamlığına qovuşa bilməsi üçün dəstək gözləyir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Dənizliyə mövsümü işçi olaraq gələn iki uşaqları olan Güvən Gül (24) və Gülistan Gül (23) altı il əvvəl evləndi. Ailənin dünyaya gələn ilk uşaqları Zəhra, səkkiz aylıqkən xəstələndi. Beyin şişi diaqnozu qoyulan kiçik Zəhra, üç yaşında xəstəliyi səbəbiylə əməliyyat keçirdi.
Beynindəki şiş alınan kiçik qız üçün iynə müalicəsinə başlandı. Ancaq, səhləb otu yetişən yerlərə köçəri olaraq gedən və qurduqları çadırda yaşayan ailə, Zəhranın sağlamlığına qovuşaması üçün lazım olan iynələri almaqda çətinlik çəkir.
Fransadan gətirdilən və dənəsi 6 min 642 lirə olan iynələrin 10 dənəsini etdirən ailə, qalan 10-nu üçün dəstək gözləyir. Dövlət, xaricindən gətirilən iynələrin bir hissəsini qarşılayıb, ailə hər iynə üçün 2 min 700 lirə ödəyir. Hər ay etdirilməsi lazım olan iynələri kəsəndə yaşıdları kimi oyun oynaya bilməyən kiçik Zəhra, ayaqda dayanmaqda belə çətinlik çəkir.
Qızının müalicəsi üçün lazım olan iynələri vurdurmasa kor və ya iflic  riskinin olduğunu söyləyən gözü yaşlı ata Güvən Gül belə danışır:
"Qızımın əməliyyatının ardından xeyriyyəçilərin köməyi və qazandığım pulla 10 iynəni vurdurdum. Amma  lazım olan 10 iynə qaldı. Mənim hər ay 2 min 700 lirə ödəməyə gücüm çatmır. Həyat yoldaşım sinə xərçəngidir. Tək başıma qaldım. Tək başıma çalışaraq dağlarda səhləb otu yığıram. İynələrin hər ay edilməsi lazımdır. Vurdurmayanda qızım huşsuz kimi olur. İynəsi olanda  cana gəlir. Oyun - oynaya bilir."
Ata Gül, iynələrin hamısının vurulduğu halda qızının yaxşılaşma ehtimalının olduğunu ifadə edərək, "20 iynənin sonunda həkimlər yüzdə 70 faiz yaxşılaşma şansının olduğunu söylədi. İynələr Fransadan gəlir. Bir hissəsini dövlət qarşılayır. Mən ailəmi necə dolandırım? Qızım Zəhranın bu xəstəlikdən xilas olmasını istəyirəm. Qızım üçün xeyriyyəçilərdən kömək gözləyirəm" deyə danışıb.