"Zərərli günəş şüaları yaşlanmaya səbəb olur"




Zərərli günəş şüaları - UV, ətraf çirkliliyi, qida qatqıları, siqaret, spirt, stress DNT-yə təsir edir.

Sherg.az xəbər verir ki, bu da son nəticədə insan səhhətinə və gözəlliyinə təsir edərək, yaşlanmaya səbəb olur.

Bu baxımdan yaşlanmağın qarşısını almaq, dərini, gənc və gözəl saxlamaq üçün lazımı prosedurlardan əlavə DNT bərpasına diqqət yetirmək lazımdır. Bundan əlavə yaşlanma ilə degenerasiyaya səbəb olan yaşlandırıcı faktorlara qarşı tətbiqlər və bərpanı dəstəkləyən müasir, faydalı dəri baxım məhsulları da dərinin gözəl, canlı olmasına və yaşlanmanın qarşını almağa təsirli olur.

Nəmləndirici məhsullardan istifadə isə dərinin canlı olmasına və bərpasına təsir edir. Dəri gözəlliyini qoruyaraq, nəmləndirir. Dünyada və Türkiyədə məşur olan "Yeni Nəsil Dəriyə Qulluq Məhsulu" da dəri gözəlliyi üçün istifadə edilə bilər. Bu məhsulda DNT bərpasını dəstəkləyən komponentlər az deyil.

Gözəl dəriyə sahib olmaq üçün bunda anti-oksidant tərkibi də vardır. Dəri gözəlliyi üçün düzgün qidalanmaq da vacibdir.