Aparılan qətiyyətli tədbirlər çərçivəsində ölkəmizdə vəziyyəti stabil qiymətləndirmək olar. Müəyyən mənada iqtisadi zəifləmənin olmasına rəğmən (digər ölkələrlə müqayisədə bu azalma ən az Azərbaycandadır) vətəndaşların sağlamlığının qorunması daha vacib hesab olundu. Etiraf edək ki, bir qisim əhali də müəyyən dərəcədə açılmaların sürətli və dərhal aparılması ilə bağlı çağırışlar edir və bəzən də etiraz edirdilər.
Ziyalıların, jurnalistlərin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür
Turan
23:21 15.09.2020
Arxiv
904
"Populist və tibbi mənbəyə söykənməyən, vətəndaşları çaşdıran təbliğat yolverilməzdir və bunu edənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar"
“Dünya üzrə koronovirusa yoluxanların sayı 30 milyona yaxınlaşır. Pandemiyanın qurbanlarının sayı isə 900 mindən artıqdır. Dünya düzənini pozan amansız virusla mübarizə davam edir”.
Bunu “Şərq”ə açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
Birlik sədri bildirib ki, bəzi ölkələrdəki acı təcrübə, dövlətimizi və vətəndaşlarımızı daha diqqətli olmağa vadar etməlidir: “Bir kiçik yanlışlıq və məsuliyyətsiz yoluxma hallarını bir neçə dəfə artıra bilir. Azərbaycan dövləti mümkün imkanları səfərbər etməklə, virusla yoluxma vəziyyətini idarəolunan səviyyədə saxlamağa çalışır.
Aparılan qətiyyətli tədbirlər çərçivəsində ölkəmizdə vəziyyəti stabil qiymətləndirmək olar. Müəyyən mənada iqtisadi zəifləmənin olmasına rəğmən (digər ölkələrlə müqayisədə bu azalma ən az Azərbaycandadır) vətəndaşların sağlamlığının qorunması daha vacib hesab olundu. Etiraf edək ki, bir qisim əhali də müəyyən dərəcədə açılmaların sürətli və dərhal aparılması ilə bağlı çağırışlar edir və bəzən də etiraz edirdilər.
Lakin millətin təhlükəsizliyi, ayrı-ayrı fərdlərin üzərində deyil, dövlətin və dövlət rəhbərlərinin üzərindədir. Bu baxımdan atılan hər bir addımda kənar faktorlar da ciddi nəzərə alınmaqda idi. İyun-iyul aylarında dəhşətli mənzərəni unutmamalıyıq”.
QHT rəhbərinin sözlərinə görə, Azərbaycanda iyun-iyul aylarında yoluxmanın pik həddi olsa belə, həmin rəqəmlər qonşularımız Türkiyə, Rusiya və Ermənistandan xeyli aşağı idi:
“Lakin rəqəmlər bir növ psixoloji narahatlıq yaradırdı. Aparılan ciddi tədbirlər nəticəsində yoluxma sayı avqust ayında azalmağa başladı. Yoluxma saylarının azalmasına baxmayaraq, hökumət tərəfindən təmkinli davranaraq yumşalma addımlarını tədricən atmağa başladı. Pilləli formada SMS icazəsi ləğv olundu, çimərliklərin fəaliyyətinə icazə verildi.
Kafe-restoranların açıq havada işləməsinə icazə verildi, daha sonra həmin xidmət sahələrinin fəaliyyət müddəti genişləndirildi və s. Planlı şəkildə atılan bu addımlar eyni zamanda vətəndaşlara psixoloji informasiyalar da aşılayırdı: - Virus yox olmayıb, məsuliyyətli olsaq daha çox yumşalmalar olacaq, mövcud vəziyyətə öyrəşərək virusla yaşamağı öyrənməliyik”.
C.Hüseynzadə vurğulayıb ki, hökumət tərəfindən xüsusən bağçaların, orta və ali məktəblərin açılması ilə bağlı verilən mərhələli plan da vəziyyəti nəzarətdə saxlamağa hesablanıb:
“Pandemiya şəraitində bütün risklərin öncədən hesablanması vacib şərtdir. Sentyabrın 14-dən artıq metronun da fəaliyyəti bərpa olunub. Sözsüz ki, açılmalar nə qədər çox olsa, yoluxma sayının artması ehtimalı da artır. Bu yoluxma sayının artmaması üçün hər bir vətəndaşın sərt karantin rejimində olduğu kimi, məsuliyyətli olması vacibdir. Verilən qərarlara təmkinlə yanaşmaq, dövlətin müəyyən etdiyi qaydalara riayət etmək hər bir vətəndaşın borcudur.
Ötən dövrü təhlil etsək, çox aydın görünür ki, atılan bütün addımlar və önləyici tədbirlər özünü doğruldur. Bu səbəbdən eyni səbrlə və təmkinlə öz məsuliyyətli davranışımızla yeni yumşalmalara şərait yarada bilərik. Dərk etməliyik ki, pandemiya şəraiti vətəndaşlara ziyan vurduğundan daha çox dövlətə ziyan vurur.
Xüsusən, sərt karantin tədbirləri iqtisadi cəhətdən dövlətə mənfi təsir göstərir, həmçinin, ümumi münasibətlər kontekstində dövlət üzərində əlavə təsir yaradır. Bütün bu çətinliklərə rəğmən, dövlət tərəfindən ən uğurlu seçim virusa yoluxmanın nəzarətdə saxlanması istiqamətində addımlar atmaq idi, məhz hökumət də bu seçimi etdi.
İndiki şəraitdə ziyalıların, jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin üzərinə xüsusi öhdəlik düşür ki, hökumətin pandemiya şəraitində yoluxma risklərinin azaldılması istiqamətində gördüyü işləri vətəndaşlara düzgün çatdırılsın.
Populist və tibbi mənbəyə söykənməyən, vətəndaşları çaşdıran təbliğat yolverilməzdir və bunu edənlər qanun qarşısında məsuliyyət daşımalıdırlar. Biz məsuliyyətli olmaqla bu sınaqdan dövlət və vətəndaş birliyi sahəsində üzüağ və daha az itkilərlə çıxacağıq.
Eyni zamanda diqqətdə saxlamaq lazımdır ki, növbəti 1 ayda təhsil müəssisələrində mərhələli formada təhsil bərpa olunacaq və bu, riskləri bir qədər artırır. Riskləri dəf etmək üçün bizdən daha məsuliyyətli olmaq tələb olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm
Lavrov: Qərb Qələbə Gününü pozarsa, güzəşt olmayacaq
15:14 08.05.2026
Dünya
AfD lideri: Merts Almaniyanı məhv edir
15:07 08.05.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
14:50 08.05.2026
Gündəm
Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO
14:33 08.05.2026
Gündəm
Putin Azərbaycanı təbrik etdi
14:17 08.05.2026
Siyasət
Şəmkirdə "VAZ" körpüdən aşdı
13:53 08.05.2026
Hadisə
ABŞ İraqın yeni Baş nazirinə İranla bağlı şərt qoydu
13:51 08.05.2026
Dünya
Dünya ət qiymətləri rekord səviyyəyə yüksəlib
13:17 08.05.2026
İqtisadiyyat