“102 xidməti”nin mobil versiyasının yaradılması zəruridir
22:02 31.03.2021
Cəmiyyət
1967
"Bu, bir sıra cinayət əməllərinin operativ şəkildə üstünün açılmasında ciddi rol oynaya bilər"
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi feysbuk səhifəsində maraqlı təklif irəli sürüb. O qeyd edib ki, ölkədə ən aktiv və effektiv işləyən qaynar xətt sistemlərindən biri də Daxili İşlər Nazirliyinin “102 zəng xidməti”dir: " Bu sistem vətəndaşla polis arasında informasiya münasibətlərinin daha effektiv qurulması məqsədilə 2004-cü ildə imzalanan Prezident fərmanı əsasında yaradılıb. Problemlə üzləşən vətəndaşlar adətən dərhal bu xidmətə zəng edirlər. Müşahidələr göstərir ki, "102 xidməti" vasitəsilə edilən müraciətlər dərhal nəzarətə götürülür.
Bununla bağlı DİN-in xüsusi Təlimatı mövcuddur. “102 xidməti”ndən əlavə, vətəndaşlar nazirliyin veb-saytı vasitəsilə də birbaşa müraciət ünvanlaya bilirlər. Amma maraqlıdır ki, indiyədək də nazirlik, nədənsə, “102 xidməti”nin müasir dövr üçün daha effektiv forması hesab olunan mobil versiyasını yaratmayıb. Düşünürəm ki, “102 xidməti” mobil tətbiqinin hazırlanması polisin rəqəmsallaşmasında mühüm rol oynaya bilər. Baş verən hüquq pozuntuları ilə bağlı vətəndaşların sosial mediada paylaşdıqları multimedia materialları (foto, səs, video və s.) elə bu tətbiq vasitəsilə göndərməsi, "SOS" imkanının yaradılması operativlik və effektivlik baxımından xeyli faydalı ola bilərdi. Beynəlxalq təcrübə göstərir ki, bu tip resurslar vasitəsilə əldə olunan məlumatlara reaksiya, kordinatın müəyyən olunması və yaxın ərazidə olan polis xidmətinin həmin kordinata yönləndirilməsi bir neçə saniyə ərzində baş verdiyi halda, ənənəvi formada daxil olan məlumatlara reaksiya daha çox zaman alır. İnanıram ki, DİN tez bir zamanda “102” mobil tətbiqini hazırlayıb vətəndaşların istifadəsinə təqdim edə biləcək".
“Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, “102” mobil tətbiqinin hazırlanması çox mühümdür. Onun sözlərinə görə, bu, bir sıra cinayət əməllərinin operativ şəkildə üstünün açılmasında ciddi rol oynaya bilər:
"Bildiyimiz kimi, “102 xidməti” bu günləri aktiv və effektiv işləyir. Bütün şikayətlər qeydə alınır və operativ reaksiya verilir. Düzdür, Azərbaycanda mobil tətbiqinə artıq başlanılıb. Amma zaman keçdikcə təbii ki, onlar da təkmilləşdiriləcək. Hesab edirəm ki, bütün hallarda çalışmaq lazımdır ki, vətəndaşların şəxsi həyatlarına müdaxilə yolverilməz olsun. Bu işə media orqanları da xüsusi diqqət yetirməlidir. Hesab edirəm ki, bu cür mobil tətbiqlərin fəaliyyəti gələcəkdə insanların şəxsi həyatlarına müdaxilənin qarşısına alacaq. Fikrimcə, ciddi surətdə bu cür mobil tətbiqə başlamaq lazımdır. Çünki sosial medianın inkişafı insanların şəxsi həyatına müdaxiləni də günbəgün artırmaqdadır. İnanıram ki, bu yenilik tez bir zamanda ciddi və səmərəli şəkildə öz müsbət nəticəsini verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya