104 otağın hər birində şərait yaradılıb
00:33 16.02.2021
Cəmiyyət
523
BDU-nun yataqxanasına daha çox ehtiyacı olan tələbələr yerləşdiriləcək
Bir neçə gün öncə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev və Təhsil naziri Emin Əmrullayev BDU-nun "tələbə evi" adlı yataqxanasının açılışını etdilər.
Qeyd edək ki, bu tip yataqxanalar əvvəl də başqa universitetlər, həmçinin, BDU-nun özündə də mövcud idi. Ancaq bu dəfə yataqxananın daha müasiri, tələbələr üçün əlverişli olan bir tələbə evi tikildi. Sonra da açılışı oldu.
Bəs, sözügedən yataqxana istifadəyə verildimi? Əsasən hansı tələbələr orada qala biləcək?
Tələbə evi haqqında digər məlumatları BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva "Şərq"ə bildirdi: "Tələbələrin yeni istifadəyə verilən yataqxanaya köçürülməsi ənənəvi tədrisin başladığı zaman gerçəkləşəcək.
104 otağın hər biri tələbata cavab verən mebellərlə təchiz edilib. Otaqlar iki və üç nəfərlikdir. "Tələbə evi"ndə gənclərin səliqə-səhmanına, qidalanmalarına xidmət edən otaqlar fəaliyyət göstərir. Paltar ütüləmək üçün dolablı ütü masası, geyimləri təmizləyən avtomatlaşdırılmış yuyucu və quruducu maşınlar, müasir avadanlıqları olan mətbəx, müasir standartlara cavab verən ümumi yeməkxana, vanna otaqları, yüksək səviyyədə təmir olunmuş sanitar qovşaqlar tələbələrin istifadəsinə veriləcək.
Binanın kommunikasiya xətləri yenilənib, yeni texnologiyalara əsaslanan qazanxana tikilib. Müasir tələblərə cavab verən istilik sistemi yaradılıb, isti su ilə təmin edilib.
Beşmərtəbəli binada oxu zalı olan kitabxana, həkim otağı, asudə vaxtın səmərəli təşkili üçün şahmat guşəsi var. Yataqxanada oxu zalı da fəaliyyət göstərir. Orada dərs hazırlamaq, mütaliə etmək üçün gözəl şərait yaradılıb".
Bəs orada, əsasən, hansı tələbələr qala biləcək?
G.Orucəliyeva deyib ki, müraciətlər təhlil olunacaq, ən çox ehtiyacı olanlar yerləşdiriləcək.
Həmçinin digər universitetlərdə olduğu kimi, qismən yataqxana xərci tələb olunacaq, vəssalam.
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq