156 nəfər hakimliyə namizəd imtahan verib
18:45 23.07.2021
Cəmiyyət
538
Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir. Müsabiqənin bütün mərhələlərində uğur qazanmış 44 nəfər hakimliyə namizəd cari ilin fevral ayında dövlət başçısının Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.
Məhkəmə-Hüquq Şurasından APA-ya verilən məlumata görə, eyni zamanda test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş daha 41 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kurslarına cəlb olunublar.Hakimlərin Seçki Komitəsi bildirir ki, müsabiqə davamlı xarakter alıb və mətbuatda xəbər verildiyi kimi növbəti test imtahanında müvəffəqiyyət qazanmış 156 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib. Namizədlər tərəfindən cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb.
Onların cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.
İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 84 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).
Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və artıq 100-dən çox hüquqşünas sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi hüquqşünasları müsabiqədə iştiraka dəvət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial