"Yardıma ehtiyacı olan tələbələrin siyahısını hazırlayırıq və mütləq onlara yardım edəcəyik".
Sherg.az "24News.ge"ya istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili açıqlama verib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı təhsil nazirinə müvafiq tapşırıqlar verilib:
"Bu barədə bizim nazirlə söhbətimiz olub. Biz hazırda yardıma ehtiyacı olan bütün tələbələrin siyahısını hazırlayırıq və öz tərəfimizdən onlara mütləq yardım edəcəyik. Biz onlara ötən il yardım etmişik və müvafiq yardım bu il də baş tutacaq", - deyə İrakli Qaribaşvili bildirib.