
Su və ərzaq qıtlığı! - “Ciddi proqramlar hazırlamalıyıq” – Böhran dərinləşir!
Yusif Nəzərli
10:33 13.10.2021
Gündəm
712
“Əlbəttə, söhbət dəniz suyunun şirinləşdirilməsindən gedir”
“Gələcəkdə Xəzər dənizinin suyundan da istifadə etmək üçün yeni texnologiyaların Azərbaycana gətirilməsi haqqında indidən düşünməliyik"
Su qıtlığı problemi bütün qitələri narahat edir. Dünya əhalisinin üçdə ikisi ( milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur.Yarım milyard insan isə il boyu su qıtlığından əziyyət çəkir.Dünyanın böyük şəhərlərinin yarısında bu problem var. Su böhranından ən çox əziyyət çəkən ölkələr sırasında Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana ön cərgələrdə yer alıb. Son onillikdə şirin suya olan tələbatın artması məlum böhranı daha da dərinləşdirib.
Mövcud durum davam edərsə, 2030-cu ildə suya olan tələbatın su təminatını 40 faiz üstələyəcəyi proqnozlaşdırılır. Hər il 4 milyard insan su qıtlığı ilə üzləşir.
Dünya Riski İnstitutunun baş direktoru Endrü Stirinin bu barədə açıqlamasını yada salaq: “Su qıtlığı ən böyük böhrandır. Onun barəsində heç kəs danışmaq istəmir. Su qıtlığının nəticələri ərzaq çatışmazlığı, münaqişə və miqrasiyalar, habelə maliyyə sabitliyinin pozulması şəklində təzahür edir”. Demək, su qıtlığı problemi digər sahələrdə də çox ciddi böhranlara səbəb ola bilər.

Bəs Azərbaycanda bununla bağlı hansı tədbirlər görülür? Hazırda malik olduğumuz su ehtiyatları perspektivdə bizi qane edəcəkmi? Mövcud şəraitdə sözügedən böhrana qarşı hansı qabaqlayıcı tədbirlər görə bilərik?
Suallarımızı cavablandıran iqtisadçı - ekspert Natiq Cəfərli qeyd edib ki, son zamanlar dünyada müzakirə olunan mövzulardan biri də şirin su hövzələrinin azalması və insanların suya olan ehtiyaclarının gələcəkdə daha kəskin bir problem halına gəlməsidir:
“Hətta indi də BMT-nin hesablamalarına görə dünya üzrə bir milyarddan çox insanın keyfiyyətli suya çıxış imkanları yoxdur. Belə olduqda su qıtlığından əziyyət çəkən insanların sayının bir milyardı keçdiyi deyilir. Bu çox ciddi bir problemdir. Azərbaycana da bunun təsirləri olacaq. Qeyd edim ki, 44 günlük Vətən savaşından sonra işğal altında olan torpaqların azad olunması kifayət qədər su ehtiyatlarının Azərbaycanda genişlənməsinə səbəb oldu. Su ehtiyatlarına daha çox çıxış əldə etməyə imkan yarandı. Amma bu, yetərli deyil. Çünki Azərbaycanın iki ən böyük su ehtiyaclarını qarşılayan arteriya Kür və Araz çayları başqa ölkələrdən keçdiyinə, həmin ölkələrdə daha çox istifadə olunduğuna, bu ölkələrin su ehtiyatlarını daha çox istismar etdiyinə görə Azərbaycan onlardan asılı vəziyyətdədir. Yəni yaxın gələcəkdə Kür və Arazda suyun səviyyəsinin azalması baş verəcəksə bu digər ölkələrdə - həmin çayların keçdiyi ölkələrdə - suya olan ehtiyacın artdığına görə daha çox sudan istifadəyə səbəb olacaq. Buna görə də biz artıq bununla bağlı ciddi proqramlar işləyib hazırlamalıyıq, ciddi işlər görməliyik. Bu kənd təsərrüfatına da aiddir. Bu sahədə suvarma sistemi yenidən qurulmalıdır, qənaətli, damcılı suvarma sisteminə keçilməlidir. Əhalinin sudan istifadəsinin optimallaşdırılması üçün yollar tapılmalıdır, israfçılığa qarşı mübarizə istiqamətində addımlar atılmalıdır. Biz sonunda bu məsələni həll etməli olacağıq. Əlbəttə, söhbət dəniz suyunun şirinləşdirilməsindən gedir. Gələcəkdə Xəzər dənizinin suyundan da istifadə etmək üçün yeni texnologiyaların Azərbaycana gətirilməsi haqqında indidən düşünməliyik" .
Qeyd edək ki, Azərbaycan su itkisinə görə MDB ölkələri arasında 28 faizlə birinci yerdə qərarlaşıb.
Digər MDB ölkələrində Qazaxıstanda su itkisi 13 faiz, Ukraynada 12 faiz, Rusiyada 10 faiz, Moldovada 7 faiz, Belarusda isə 5 faizdir. Su itkilərinə səbəb əsasən köhnəlmiş irriqasiya sistemləridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya