Qəzalı məktəblər var! - “Şagirdlərin həyatını riskə atmaq olmaz”
Yusif Nəzərli
15:27 13.10.2021
Elm və Təhsil
740
“Biz gözləməli deyilik ki hansısa bədbəxt hadisə baş versin sonra tədbir görək”
“Bəzən müşahidə edirik, elə məktəblər təmir olunub ön plana çəkilir ki onların o qədər də təmirə ehtiyacı yoxdur. Bu məqama xüsusi diqqət yetirmək lazımdır”
Qax rayonunda məktəb qəzalı vəziyyətdədir.Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun Qartala kəndində şagirdlər şəraitsiz məktəbdə dərs keçirlər. Şagirdlərin dərs keçdiyi sinif otağında döşəmənin və tavanın bərbad vəziyyətdə olması, həmçinin otağın qapısının olmaması görüntülərdə əksini tapıb.
Hava şəraitinin soyuq olması üzündən şagirdlər sinif otağında qalın gödəkçə və papaqda otururlar. Bundan əlavə şagird sayının az olması da diqqət çəkən məqamlar arasındadır. Şübhəsiz ki, bu məsələ ətrafında sosial şəbəkələrdə, eləcə də mediada ciddi təndiqlər tirajlandı.
Məsələyə münasibət bildirən təhsil eksperti Elşən Ramiz “Sherg,az”a bildirib ki, təkcə Qaxda deyil, bundan öncə Bərdə də bu cür məktəbin görüntüsü yayılmışdı:
“Hazırda həmin məktəbdə tədris dayanıb. Qaxdakı məktəb də onun kimidir. Bu mövzu hər zaman aktual olub. Ölkəmizdə hər zaman təhsilə qayğı göstərilir . Buna baxmayaraq belə məktəblər hələ də var. Fikrimcə məktəblər inşa olunan zaman bu cür təhsil ocaqları ön plana çəkilməlidir. Düşünmək lazımdır ki, belə məktəblərdə şagirdlər dərs alır, müəllim heyəti fəaliyyət göstərir. Kiçik bir hadisədən bu məktəblər tamamilə dağıla bilər. Onların həyatını riskə atmaq olmaz.
Biz gözləməli deyilik ki hansısa bədbəxt hadisə baş versin sonra tədbir görək. Bəzən müşahidə edirik, elə məktəblər təmir olunub ön plana çəkilir ki onların o qədər də təmirə ehtiyacı yoxdur. Bu məqama xüsusi diqqət yetirmək lazımdır. Qeydə alınma daha yaxşı şəkildə aparılmalıdır.
Məktəb direktorunun bu haqda məlumatı olmalıdır. Bu, onun fəaliyyət planında da qeyd olunub. Mövcud məsələni Təhsil nazirliyinə bildirməsi onun özü üçün də müsbət haldır. Bununla o həm də yaxında baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını ala bilər. Bu onun başlıca məsuliyyətidir.
Təhsil nazirliyi vəsait ayırarkən rayon və şəhər məktəbləri arasında fərq qoymur. Bu gün rayonlarda elə məktəblər tikilib ki, onlar şəhər məktəblərindən heç də geri qalmır. Ancaq ola bilər ki layihələrə salınan zaman ardıcıllıq düzgün təyin olunmur.
Təmirə daha az ehtiyacı olan ön plana çəkilir. Bu kimi halların da qarşısı alınmalıdır. Təhsil nazirliyi məktəblərdəki şəraitlə bağılı mütəmadi sorğular keçirəsə, bu, effektiv ola bilər ".
Xatırladaq ki , Heydər Əliyev Fondu tərəfindən " Yeniləşən Azərbaycana yeni məktəb " layihəsi çərçivəsində ölkəmizdə hər il yeni məktəblər inşa olunur.
Bu prosesə yalnız paytaxtda deyil ucqar rayonlarda yerləşən məktəblərin cəlb olunması da başlıca prioritetdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya