"Baydenlə Ərdoğan arasında çox söhbətlər olacaq"
Yusif Nəzərli
20:17 13.10.2021
Dünya
691
Tural İsmayılov: "Qarabağ məsələsinin də müzakirəsi prioritetlərdən biridir"
"Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasındakı görüş daha çox Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmaya həsr oluna bilər".
Bu fikirləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.
Politoloq qeyd edib ki, ABŞ-ın “Patriot” sistemlərini və qırıcı təyyarələrlə bağlı Türkiyəyə qarşı elədiyi haqsızlıqlar Türkiyə cəmiyyəti tərəfindən də daim narazılıqla qarşılanır:
"Bütün bunlara baxmayaraq, NATO üzvü olan ölkəyə patrioti verməyən ABŞ Rusiyadan "S-400" aldığına görə, Türkiyəni tənqid edib sıxışdırır, sanksiyalarla hədələyir. Lakin Türkiyə Prezidenti R.T.Ərdoğan açıqlamasında "S-400"-ün artıq ikinci partiyasının alınmasıyla bağlı Rusiyayla razılığa gəldiyini vurğuladı. Son olaraq, Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşünün pozitiv məcrada keçdiyini söylədi. Eyni zamanda, düşünürəm ki, Kabil hava limanı, gələcəkdə Türkiyənin Suriya və Əfqanıstandakı mövcudluğu ilə bağlı Baydenlə Ərdoğan arasında söhbətlər olacaq. Təbii ki, Qarabağ məsələsinin də müzakirəsi prioritetlərdən biridir".
T.İsmayılov vurğulayıb ki, ABŞ ATƏT-in Minsk qrupunun yenidən fəallaşmağını istəyir: "Bilirik ki, 30 illik münaqişə əzmində Ermənistana qarşı ABŞ tərəfindən heç bir təzyiq olmadı.
Düşünürəm ki, Türkiyə prezidenti cənab Ərdoğan ilk növbədə ABŞ konqresmenlərinin erməni lobbisinin təhriki ilə Azərbaycan-Türkiyə əleyhinə atdığı addımlara etirazını bildirəcək.
Eyni zamanda, ABŞ-ın Qarabağla bağlı məsələdə Azərbaycanın ərazini bütövlüyünü dəstəkləyən daha konkret addımlar atmasının müzakirəsi mümkündür.
Bütövlükdə isə rəsmi Vaşinqton Qarabağda yenidənqurma işlərində iqtisadiyyatda və gələcəkdə Qarabağa qayıdacaq soydaşlarımızla bağlı müxtəlif layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirə bilər.
Türkiyə prezidenti Baydenin görüşündə yəqin ki, Azərbaycanın da mesajları mütləq şəkildə Amerika prezidentinə çatdırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya