Xəzər dənizində yeni kəşfiyyat quyusu qazılır
Yusif Nəzərli
15:13 11.04.2022
Cəmiyyət
705
BP Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş üzrə operator olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.
Oxu.Az-ın “BP-Azerbaijan”a istinadən verdiyi məlumata görə, bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb.
Bu quyu AYDH üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanıb.
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə Əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir.
Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanılıb və təxminən üç aya quyunun ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.
BP AYDH layihəsinin operatorudur və kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial