Taleh Kazımov Mərkəzi Bankdakı gələcək fəaliyyətindən danışıb
Yusif Nəzərli
17:27 11.04.2022
Gündəm
865
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bu gün keçirlmiş iclasla bağlı məlumat yayıb.
"Report"a daxil olan məlumata görə, Komitənin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
Komitə sədri bildirib ki, birinci və ikinci məsələlər ölkə Prezidenti tərəfindən təqdim edilib. Birinci məsələ - Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.
Sonra Tahir Mirkişili qeyd edib ki, növbəti məsələ Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə qəbul edilməsi ilə əlaqədardır. Komitə sədri Taleh Kazımovun iş təcrübəsi və peşə keyfiyyətləri barədə məlumat verib. Onun ölkənin bank sistemindəki xidmətlərindən, əldə etdiyi nailiyyətlərdən bəhs edib. Komitə sədri Mərkəzi Bank və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında sıx əlaqələrin olduğunu, bir sıra məsələlərin həllində faydalı əməkdaşlıq etdiklərini qeyd edib və bunun gələcəkdə uğurla davam edəcəyini söyləyib.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini dəstəklədiklərini bildiriblər, bu təyinatın bank sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcəyini qeyd ediblər.
Sonra Tahir Mirkişili məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəyini təqdim edib. Qeyd olunub ki, Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin olunması məqsədəuyğun hesab edilir.
İclasda iştirak edən Taleh Kazımov ölkə Prezidentinə ona göstərdiyi etimada görə minnətdarlığını ifadə edib. Komitə üzvlərinə müsbət rəyə görə təşəkkür edib. Fəaliyyəti dövründə Mərkəzi Bankla parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi arasında daha sıx və səmərəli əlaqələrin qurulmasında səylərini əsirgəməyəcəyini söyləyib.
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı paylaşım edildi - VİDEO
18:54 17.11.2026
Prezidentin sosial şəbəkə hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
18:50 17.11.2026
Xəbər lenti
Hamısına bax
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya