20 faiz əhaliyə yetərlidir
15:32 26.09.2020
Cəmiyyət
590
Böyük əhali qrupunun vaksinasiyasına ehtiyac qalmayacaq
İlk olaraq həkimlər, müəllimlər, ictimai nəqliyyat sürücüləri və metro işçiləri peyvənd olunmalıdır
Dünən Koronavirusla Mübarizəyə Dəstək Fondunun (KMDF) İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclas keçirilib. İclasda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, ölkəmizdə koronavirusla mübarizə istiqamətində tədbirlər öz nəticəsini göstərib.
Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlandığını qeyd edən TƏBİB sədri əlavə edib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır: "Dünyada doqquz şirkət peyvənd hazırlığının üçüncü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq. Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhalinin 20 faizinə koronavirusa qarşı vaksinin vurulması epidemioloji vəziyyətə müsbət təsir göstərə bilər. Vaksinlərlə bağlı Azərbaycanda iki istiqamətdə iş aparılır".
Mövzu ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq"ə açıqlamasında qeyd edib ki, müəyyən qrup insanların vaksinasiya çox mühümdür:
"İlk olaraq, birbaşa böyük əhali kütləsi ilə təmasda olan şəxslərin vaksinasiya olunmasına ehtiyac var. Həmin kateqoriyaya həkimlər, müəllimlər, ictimai nəqliyyat sürücüləri və metro işçiləri daxildir. Çünki bu kontingentdən olan insanların xəstə olması ətraf üçün təhlükə yaradır. Risk qrupuna daxil olan başqa kateqoriyaların ilk növbədə vaksinasiyası təxminən 20 faiz əhaliyə yetərlidir. Nəzərə alaq ki, xeyli insanda remunizatsiya var. Artıq kollektiv immunitet formalaşıb. Bu baxımdan düşünürəm ki, böyük əhali qrupunun vaksinasiyasına ehtiyac qalmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm