Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Avropa ölkələrinin Rusiyanın ABŞ-la yanacaq sahəsində əməkdaşlığına reaksiyasını kəskin tənqid edib.
Sherg.az xəbər verir ki, o, TASS-a müsahibəsində Avropanın Rusiyaya qarşı yanaşmasının artıq məntiqdən uzaqlaşdığını bildirib. Diplomatın sözlərinə görə, bu, enerji əməkdaşlığına da aiddir.
Pankin qeyd edib ki, Avropa ölkələri Rusiya yanacağından imtina edərək özlərini bir neçə başqa ölkədən asılı vəziyyətə salıblar. ABŞ isə bu məsələdə daha praqmatik davranır.
“Görünür, avropalılar artıq ağıllarını itiriblər”, – deyə Rusiya XİN rəhbərinin müavini vurğulayıb.