Tibbi arayış üçün 40 manat niyə verilməlidir?
Yusif Nəzərli
20:26 23.11.2022
Cəmiyyət
17358
Natiq Cəfərli: "Tibbi arayışların icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması vacibdir"
Azərbaycanda poliklinikalarda sağlamlıq haqqında standart arayış üçün 40 manat tələb olunur. Bir müddət əvvəl başlanan bu proses vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Bu barədə məlumatı olmayan vətəndaşlar poliklinikada 40 manat ödəyəcəklərini eşidəndə əvvəl bunu həkimlərin özləri üçün istədiyini düşünərək etiraz edirlər. Lakin sonradan məbləğin İcbari Tibbi Sığorta tərəfindən təyin olunduğu və 40 manatın banka ödəniləcəyi deyilir.
Vətəndaşlar əvvəllər sürücülük vəsiqəsi üçün tələb olunan bu arayışa pul ödəmədiklərini, icbari tibbi sığortanın tətbiqindən sonra rüsum müəyyənləşdirildiyini söyləyirlər.
İcbari tibbi sığortaya keçiddən sonra bəzi arayışlar üçün pul tələb olunması müəyyən narazılıqlara səbəb olub. Sosial platformada sürücülük imtahanı vermək üçün sağlamlıq haqqında tibbi arayışın ödənişli olması, buna görə vətəndaşlardan 40 manat tələb olunması səbəbindən şikayətlənənlər də var.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyindən Bakupost.az -a verilən açıqlamada arayışın 40 manat olduğu təsdiqlənib:
“Qeyd edək ki, Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir. 18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir. Bu məsələ İcbari Tibbi Sığortanın səlahiyyətində deyil.
Amma aşağıdakı şəxslər üçün arayışlar ödənişsizdir:
- 18 yaşa qədər uşaqlar
- Hərbi xidmətə çağırılanlar
Qalan hallarda hər kəs üçün sağlamlıq arayışı ödənişlidir”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, tibbi arayışların icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması vacibdir. Mütləq bu barədə qanunvercilikdə dəyişiklik edilməlidir. Əgər hazırda buna görə vətəndaşdan pul tələb olunursa, o zaman seçim imkanları da olmalıdır. Yox əgər biz bu arayışları ancaq dövlətə məxsus müvafiq poliklinikalardan alırıqsa, demək ki, ödənişsiz olmalıdır:
“İcbari Tibbi Sığorta haqqında qanunvericilikdə pullu xidmətlərin göstərilməsi haqqındakı qaydalara əsaslanaraq bu addımı atırlar. Halbuki, bu sahədə qanunvericilikdə də boşluqlar var. Tibbi arayışların pullu xidmətlərə aid olmamasına dair konkret fikirlər yer almayıb. Arayışın verilməsi hansısa bir xidmət növü deyil. Sadəcə, məlum olan bir sağlamlıq durumunun kağız formada təsdiqidir. Qanunvericiliyə düzəliş edilməlidir. Tibbi arayışın verilməsi pullu xidmət növü kimi dəyərləndirilə bilməz”.
N.Cəfərlinin sözlərinə görə, tibbi arayışa görə məcburi ödəniş tələbi onun vergi növünə çevrilməsi deməkdir: "Bu gün az qala idman zalına, hovuza yazılmaq üçün də insanlardan tibbi arayış istəyirlər. Bir arayış üçün də 40 manat ödəniş edilməsi kifayət qədər yüksək məbləğdir və insanların cibinə uyğun deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə