Yusif Nəzərli
16:46 05.11.2025
Gündəm
843
Natiq Cəfərli: “Mesaj ondan ibarətdir ki, Moskva rəsmi Bakının maraqlarına zidd davranışlardan uzaq durmalıdır”
Azərbaycan Ukraynaya humanitar yardımın göstərilməsi məqsədilə 7,6 milyon ABŞ dolları məbləğində vəsait ayırıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün vəsait ayrılıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Məlumat üçün bildirək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayıb. Azərbaycan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına qoşulmayıb. Ancaq Ukraynaya bir neçə dəfə humanitar yardım etdiyini açıqlayıb. Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk bildirib ki, dost ölkə olan Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir: "Bu, artıq Ukrayna üçün qiymətli yardımın növbəti partiyasıdır". Kondratyuk qeyd edib ki, ötən ilin sonunda Azərbaycan Ukraynanın ehtiyacları üçün 45 transformator və 50 güclü generator göndərib. Həmin vaxt göstərilən yardımın ümumi məbləği isə 17,5 milyon dollardan artıq olub. Azərbaycan, həmçinin müalicə üçün onlarla ukraynalı uşağı qəbul edib və İrpendə Rusiyanın müdaxiləsi nəticəsində dağıdılmış Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tam bərpa edib. O.Kondratyuk Ukraynaya humanitar yardım göstərilməsi üzrə səylərinə və dəyişməz mövqeyinə görə rəsmi Bakıya səmimi-qəlbdən təşəkkür edib: “Azərbaycanın lideri İlham Əliyev humanitar yardımın yeni partiyasına vəsait ayrılmasına dair qərarı ilə ölkələrimiz arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdi. Bu, Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən daha çox etibarlı və sistemli dəstəyə ehtiyacı olduğu bir vaxtda çox vacibdir. Cənab Prezident, sağ olun!”.
ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli də "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan etibarən Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardımlar edib. Ekspert vurğulayıb ki, hətta Kiyevə texniki yardımlar da göndərilib: "Ukrayna elektrik enerjisi ilə təminatda ciddi problemlər yaşadıqda Azərbaycan Prezidentinin göstərişi ilə Ukraynaya generatorlar yollanılıb. Yəni Ukraynaya yardımlar mütəmadi edilir və təbii ki, bunun da səbəbləri var. Səbəb odur ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı davranışları, XİN-in açıqlamaları Azərbaycanı qane etmir. Bu, rəsmi Bakının Moskvaya təzyiq rıçaqlarından biridir və məncə, doğru addımdır. Digər məqam odur ki, Avropa Şurasında Azərbaycan əleyhinə hansısa müzakirələr olduqda Kiyevi təmsil edən nümayəndələr Bakının mövqeyini müdafiə edirlər. Bəlkə bu müdafiə o qədər açıq görünmür, amma beynəlxalq müstəvidə önəmi var. Ukrayna dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb. Məsələni bu nöqteyi-nəzərdən də qiymətləndirmək lazımdır. Əsas məqam isə odur ki, Azərbaycan bu addımları ilə Rusiyaya mesaj verir. Bəyan edir ki, Moskva rəsmi Bakının maraqlarına zidd davranışlardan uzaq dursun. O baxımdan bu qərar həm humanitar, həm də siyasi-diplomatik cəhətdən güclü bir gedişdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya