
Cavan Makronla qoca Bayden təfəkkürləri eynidir - Deputat
Yusif Nəzərli
04:57 23.11.2023
Dünya
517
Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər yaradıb
"Fransa Prezidenti Emmanuel Makron XX əsrin nəhəng filosoflarından biri Sorbona Universitetinin professoru Pol Rikorun 1999-2001-ci illərdə köməkçisi olub. Pol Rikorun heç bir əsərində zorakılıq, barbarlıq, başqa ölkənin torpağının işğalına bəraət yoxdur. Rikorun ən pis tələbəsi Makron olub".
Bu sözləri "Sherg az"a millət vəkili Etibar Əliyev deyib.
Deputat bildirib ki, cavan Makronla qoca Baydenin (ABŞ Prezidenti Cozef Bayden) təfəkkürləri eynidir:

"907-ci düzəliş 1992-ci ilin oktyabr ayında - Xocalı soyqırımından cəmi bir neçə ay sonra qəbul edilib. Bu düzəliş ədalətsizliyin rəmzidir. ABŞ konqresmenlərini regiondakı stabillik maraqlandırmır və heç bir zaman maraqlandırmayacaq. Noyabrın 15-də ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımları qadağan edən qanun layihəsini təsdiqləyib. Böyük intellektual, Masaçussets professoru Noam Xomski haqlı olaraq söyləyib ki, “Amerikasayağı dünya” paradiqması öz gücünü itirib.
Baxışlarına görə dissident həyatı yaşayan professor Maykl Parenti “Çirkli həqiqətlər” kitabında bu ölkəni mükəmməl xarakterizə edib. O, yazıb: “Dünyanın ən varlı dövləti bəşəriyyətə həmişə fəlakətlər yaradıb və indi də ölkələrin daxili işlərinə müdaxilə etməkdə davam edir. Ölkənin problemləri isə saysız-hesabsızdır. Məsələn, hər il 30 minə yaxın amerikalı intihar edir, 13 milyon insan cinayətlərin qurbanına çevrilir. 37 milyon insan psixi vəziyyətlərinə nəzarət üçün tibbi preparatlar qəbul edirlər. Hər il 80 milyon insanın psixi köməyə ehtiyacı yaranır, milyonlarla uşaq şiddət nəticəsində evdən qaçır. 5 milyon nəfər türmələrdədir, 4,5 milyon aclıq içərisindədir. 7-10 milyon arası işsizlik mövcuddur. Bu ölkə 12 ilin içərisində 58 min əsgər itirdi Vyetnamda. Bir neçə milyon nəfər öz əcəli ilə ölmür, zorakı səbəblərdən ölürlər". ABŞ bu işlərə görə Ginnesin Rekordlar Kitabında birinciliyi əldən vermir".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bölgədə ədalətli sülhün bərqərar olunmasında əlindən gələni əsirgəmir:
"ABŞ-nin iştirak etdiyi əldəqayırma institutlar və qərəzli diplomatlar bizim öz torpaqlarımızın işğaldan azad olunmasını qətiyyən istəməyiblər. Xalqın və Prezidentin iradəsi, qətiyyəti üst-üstə düşəndə heç bir qüvvə bu gücün qarşısında dayana bilməz. Məncə, artıq bunu başa düşüblər. Ancaq maklatura həvəskarları hələ də vurnuxur və lazımsız kağızlar imzalayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat