
Politoloq: Rusiya ilə qarşıdurmaya getmək Paşinyan hakimiyyətinə baha başa gələ bilər
11:24 24.11.2023
Siyasət
631
Erməni sosioloq Karen Sərkisyan Rusiyanı Ermənistandan qovmağı təklif edib.
O, Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib.
“Fikrimcə, Rusiyanı Ermənistandan süpürgə ilə qovmalıyıq. Əməkdaşlığı bitirmək, rus telekanallarını ləğv etmək, rus məktəblərini bağlamaq, bizə göndərdikləri kitablarını kubik halına salıb elə qovduğumuz ruslar vasitəsilə ölkələrinə göndərmək lazımdır. Konsulluq açmaqlarına imkan verməməliyik, sərhədçilərini, Rusiyadan gəlib burada sinaqoqu yandırmağa cəhd edən əclafları qovmalıyıq. Onları döymək lazımdır ki, yaxın 100 il ərzində Ermənistanı xatırlayarkən kəkələsinlər. Rusiya Ermənistandan abidələri ilə birgə qovulmalıdır!” – Karen Sərkisyan bildirib.
Erməni sosioloqun fikirlərini “Sherg.az”a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistan hakimiyyəti ABŞ başda olmaqla Qərbdən Rusiya əlehinə sifarişlər və təlimatlar alır:

“Avropa Birliyi Ermənistanı Rusiyaya qarşı Cənubi Qafqazdakı forpostuna çevirməyə başlayıb. Paşinyan hakimiyyətinin əsas siyasi xətti tərəfdaşlıq münasibətlərinin vektorunu Qərbə doğru dəyişməkdən ibarətdir. Bu istiqamətdə fəaliyyət geniş şəkildə başlayıb. Artıq Son bir neçə aydır Paşinyan hakimiyyətinin təmsilçilərinin heç biri Rusiyanın başçılığı altında keçirilən tədbirlərdə iştirak etməyiblər. KTMT-nin son toplantılarında Ermənistanın iştirak etməməsini də buna misal olaraq çəkə bilərik. Hətta Rəsmi İrəvan KTMT-nin Ermənistana dəstək üçün hazırladığı sənədin də müzakirədən çıxarılmasını xahiş etdi. Bunlar bizə Ermənistanın Rusiyadan üz çevirərək Qərbə doğru meyil etməsini açıq şəkildə söyləməyə imkan verir”.
Politoloq Paşinyan və komandasına yaxın olan ictimai xadimlərin Ermənistan cəmiyyətində hakimiyyətin xarici siyasətinin doğru olduğu haqqında rəy yaratmaq missiyasını öz üzərlərinə götürdüklərini vurğulayıb:
“Karen Sərkisyanın açıqlamaları da bu istiqamətdə atılmış addımlardan biridir. Lakin erməni politoloqun Rusiyanı Ermənistandan qovmaqla bağlı səsləndirdiyi fikirlər yaxın 10 il ərzində mümkün deyil. Birincisi Rusiya hərbi bazalarının Ermənistandan çıxarılma mexanizmi mövcud deyil. Yəni bu Ermənistanın tək başına verəcəyi qərar deyil. Belə ki, müqaviləyə görə həmin hərbi bazalar 2044-cü ilə qədər Ermənistan ərazisində qalmalıdır. Üstəlik həmin müqavilənin ləğv olunması hüququ Ermənistanda deyil. Rusiya özü istəyərsə, həmin hərbi bazaları rəsmi İrəvandan çıxara bilər. Amma Ermənistan Rusiyanın razılığı olmadan hərbi bazaları ərazisindən çıxara bilməz”.
E. Xalidbəyli Ermənistan iqtisadiyyatının da demək olar ki, Rusiyanın özəl və dövlət şirkətlərinin nəzarəti altında olduğunu xatırladıb:
“Paralel olaraq Ermənistan iqtisadiyyatının istehsal etdiyi məhsulların da 55 faizi Rusiya bazarına çıxarılır. Belə olan təqdirdə Rusiyanın Ermənistandan idxalı dayandırması Ermənistan iqtisadiyyatının çökməsi ilə nəticələnəcək. Eyni zamanda Ermənistanın enerji resuslarına olan ehtiyaclarının tamimilə Rusiya tərəfindən ödənilməsidə heç kəsə sirr deyil. Bu enerji resursları Ermənistana dünya bazarı qiymətlərindən ucuz verilir. Rusiyanı zorla çıxaracaqlarsa, bunun alternativi olmalıdır. Hərkəsə məlumdur ki, Qərb Ermənistanın maliyyə problemlərini kökündən həll etmək niyyətində deyil. Ermənistan 10 milyard borcu olan bir ölkədir. Belə vəziyyətdə Rusiya ilə qarşıdurmaya getmək Paşinyan hakimiyyətinə baha başa gələ bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət