Nazir: Məqsədimiz kimisə pis vəziyyətdə qoymaq deyil
Yusif Nəzərli
06:55 11.12.2023
Elm və Təhsil
627
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərin minimum bakalavr təhsili səviyyəsində hazırlanması əsas məqsəddir.
"Sherg.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
O söyləyib ki, yaxın gələcəkdə bununla bağlı dəyişiklik barədə məlumat vermək mümkün olacaq.
E.Əmrullayev əlavə edib ki, orta təhsilli 20 yaşlı gənc qadınları sırf işlə təmin etmək üçün bu sahəyə gətirmək doğru deyil:
"Bu gün az qala gələcəyimiz məktəbəqədər təhsildən asılıdır. Ona görə bu sahədə təhsilli və bacarıqlı kadrların olması önəmlidir. Orta məktəb attestatı ilə uşaqların inkişafı ilə məşğul olmaq arzuolunan deyil. Məqsədimiz kimisə qınamaq və ya pis vəziyyətdə qoymaq deyil, arzumuz ondan ibarətdir ki, səriştəlilik səviyyəsi artsın. Unutmayaq ki, uzun müddət məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Xeyli vaxtdır ki, orta ixtisas təhsilli ibtidai sinif müəllimləri hazırlamırıq. Yəqin ki, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. Bundan sonra kim işləyirsə təbii ki, işini davam etdirəcək, onlara da təhsil vermək və inkişafına nail olmaq əsas məqsədlərdən olmalıdır. Növbəti mərhələdə məktəbəqədər təhsil mütəxəssislərinin minimum bakalavr təhsili sahəsində hazırlanmasına nail olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm