
Naxçıvan-Azərbaycan kommunikasiyaları: Kalininqrad təcrübəsi...
22:36 06.05.2024
Gündəm
304
Bakı dəfələrlə təklif edib “Əks halda kommunikasiyaların açılmasında ciddi problemlər yaranacaq. Bu da ilk növbədə Ermənistanı çətin vəziyyətdə qoyacaq"
Litvanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Andrius Pulokas erməni mediasına açıqlamasında deyib ki, Litva kommunikasiyaların açılması kontekstində Rusiyanın Kalininqrad vilayətinin tranzit sxemi çərçivəsində dəfələrlə öz təcrübəsini həm İrəvan, həm də Bakı ilə bölüşüb. Səfir bildirib ki, Litva və Ermənistan coğrafi baxımdan oxşardır. Səfir Ermənistanla Azərbaycan arasında mümkün kommunikasiyaların açılması imkanlarını və eyni kontekstdə Litva və Rusiyanın mövcud təcrübəsini müqayisə edib: “Rusiyanın Kalininqrad vilayəti Azərbaycanın Naxçıvan Muxtar Respublikası kimi eksklavdır və ölkənin əsas ərazisi ilə rabitəsi vacibdir. Litvanın AB-yə daxil olması bu sahədə də həlledici rol oynadı. AB, Litva və Rusiya “Kalininqrad tranziti” adlandırılan sxem üzrə razılığa gəliblər. İndi hətta Rusiyanın Ukraynadakı müharibəsi kontekstində belə, materik Rusiya və Kalininqrad vilayətinin sakinləri Litva ərazisindən keçirlər”. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasının, xüsusən Zəngəzur dəhlizinin "Kalininqrad metodu" ilə reallaşmasını gündəmə gətirən ekspertlər var. Onların fikrincə, bənzər üsullarla Zəngəzurdan Naxçıvana keçid təşkil oluna bilər.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistanın təklif etdiyi "Sülh kəsişməsi" layihəsini və Azərbaycanın əsas hissəsindən Naxçıvana çəkiləcək kommunikasiyanın açılmasının erməni yanaşmasını qəbul etmir. Ekspertin sözlərinə görə, rəsmi Bakı İrəvana izah etməyə çalışır ki, Azərbaycanın bir hissəsindən digər bölgəsinə gedib-gələn vətəndaşın, yaxud daşınan yükün statusu ilə Ermənistandan Çinə gedən insanların statusu eyni ola bilməz:

"Azərbaycandan Naxçıvana gediş-gəlişdə mütləq asanlaşdırılmış, sadələşdirilmiş variant tətbiq olunmalıdır. 10 noyabr 2020-ci il bəyanatında da açıq şəkildə də yazılıb ki, Naxçıvandan Azərbaycanın əsas hissəsinə olan yoldan, dəhlizdən maneəsiz hərəkət təmin olunmalıdır. Bu, həmin kommunikasiyanın xüsusi statusunu müəyyən etməyi tələb edir. Ortada "maneəsiz" ifadəsi var. Ancaq ermənilər hələ ki, bunu anlamaq istəmirlər. Deyirlər ki, kommunikasiyalar dövlətin suverenliyi, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında açılmalıdır. Bu da o deməkdir ki, Azərbaycandan Naxçıvana çəkiləcək yolla Ermənistandan Çinə, Rusiyaya gedən yolun statusu eyni olmalı, heç bir fərq qoyulmamalıdır".
A.Səmədov vurğulayıb ki, problem ondadır ki, ermənilərin təklif etdiyi bu yanlış prinsipləri Qranada sammitində Avropa Birliyi, Almaniya və Fransa da qəbul ediblər, imza atıblar: "Rəsmi Bakı dəfələrlə təklif edib ki, Kalininqrad təcrübəsi bu dəhlizdə tətbiq oluna bilər. Ancaq İrəvan bununla razılaşmaq istəmir və müqavimət göstərir. Ancaq Ermənistanın təklifimizi qəbul etməkdən başqa çarəsi qalmayacaq. Xaricdə özlərinə nə qədər havadarlar tapsalar da, məntiq və ağıl tələb edir ki, Naxçıvandan Azərbaycana gələn kommunikasiyalarda Kalininqrad təcrübəsi tətbiq olunsun. Əks halda kommunikasiyaların açılmasında ciddi problemlər yaranacaq. Bu da ilk növbədə Ermənistanı çətin vəziyyətdə qoyacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou
“1 milyon 100 min vətəndaşın pensiyası artacaq” - Vüqar Bayramov
15:33 02.10.2026
Sosial
İnsanlar mağazaya daxil olanda daha ucuz mala qaçır - SƏBƏB?
15:17 02.10.2026
İqtisadiyyat